Samir Abasov "Dinamo"da görüşlər keçirdi

Samir Abasov "Dinamo"da görüşlər keçirdi
XƏBƏR 19 May 2017 / 21:23 2764
-  A +

“Dinamo”nun düşərgəsində olan “Sumqayıt”ın baş məşqçisi Samir Abasov və akademiyanın koordinatorları Baba Əsgərovla  Sabir Əliyev Xorvatiya klubunun məşqini izləyiblər.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  ardınca S. Abasov təcrübə toplamaq məqsədi ilə həmkarı, adıçəkilən klubun çalışdırıcısı İvaylo Petevlə görüşüb və onun iş sistemi ilə yaxından maraqlanıb.

Daha sonra məşqçilər "Dinamo"nun akademiyasının rəhbəri İvo Şuşakın qonağı olub. Görüş zamanı mütəxəssislər akademiyanın ümumi sistemi və aşağı yaş komandalarının strukturu ilə tanış olublar.


Son xəbərlər