"Qovulsam, yerimə Cerrard keçsin" - Klopp

"Qovulsam, yerimə Cerrard keçsin" - Klopp
XƏBƏR 19 May 2017 / 16:00 2884
-  A +

"Liverpul"un baş məşqçisi Yurgen  Klopp komandanın sabiq kapitanı Stiven Cerrard haqqında maraqlı açıqlama verib.

Qol.az-ın məlumatına görə, bu barədə Britaniya mətbuatına danışan 49 yaşlı çalşdırıcı özündən sonra baş məşqçi vəzifəsinə Cerrardın gəlməsini istəyir:

"O, tarixin ən yaxşı futbolçularından biridir. Cerrardla tez-tez ünsiyyətdə oluruq. Söhbətlərimizin birində ona dedim ki, "Liverpul"dan qovulsam, mənim yerimə keç".

Qeyd edək ki, S. Cerrard yetirməsi olduğu "Liverpul"un U-18 komandasının baş məşqçisidir


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord