Anası Coşuanın Məcidovla döyüşündən danışdı –“Ona zərbə dəyəndə əsirdim”

Anası Coşuanın Məcidovla döyüşündən danışdı –“Ona zərbə dəyəndə əsirdim”
GÜNDƏM 19 May 2017 / 14:01 4488
-  A +

Peşəkar boksçular arasında dünya çempionu Entoni Coşuanın anası Yeta oğlunun idmançı karyerası ilə bağlı müsahibə verib.

Qol.az-ın xəbərinə görə, “Birmingham mail” nəşrinə danışan Yeta Entoninin hələ 2011-ci ildə Bakıda keçirilən həvəskarlar arasında dünya çempionatındakı çıxışına da toxunub.

Xatırladaq ki, həmin yarışda Coşua finalda idmançımız Məhəmmədrəsul Məcidova uduzaraq ikinci yeri tutmuşdu.

Yeta Coşua bildirib ki, həmin qarşılaşmanı İngiltərədəki evində televizorda izləyib.


Məhəmmədrəsul Məcidov Coşuaya növbəti zərbəni endirir. 2011

“Çox həyacanlı idim və əsəbiləşirdim. Hər dəfə üzümü dəsmalla ortürdüm. Mən bir tərəfdən onun döyüşünə baxmağın həvəsində idimsə, digər tərəfdən də onun zərbə almağını görmək istəmirdim. Ona zərbə dəyəndə əsirdim” – deyə Yeta Çoşua bildirib.

Xatırladaq ki, aprelin 29-da Londonun “Uembli” stadionunda təşkil edilən qarşılaşmada E.Coşua əfsanəvi ukraynalı boksçu Vladimir Kliçkoya qalib gələrək WBA Super və IBO versiyaları üzrə dünya çempionu olub, həmçinin sahibi olduğu IBF versiyasının kəmərini qoruya bilib.

Daha çox


Son xəbərlər