Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Beşiktaş"dan bəyanat: "Fənərbaxça" ilə oyuna çıxmayacaqlar

Yazarlar
 Ramin Musayevlə futbol mübahisələri...
Aydın BAĞIROV
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Mosvka Spartakçısı (?)... Anatoli Banişevski
Şakir YAQUBOV
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
Fotoreportaj
Bütün 
“Qarabağ”ın 6-ci çempionluğu – Şəkillər
Top 5
"Liverpul"dan 5 qollu qələbə
"Bavariya" öz meydanında "Real"a uduzdu
Yeni təklifə "yox" dedi, "Qarabağ"a gəlir
Londonda heç-heçə, "Marsel" qalib gəldi
"Fənərbaxça" - "Beşiktaş" derbisi ilə bağlı qərar verildi - qaldığı yerdən davam və...
Linklər
525ci Qəzet

“Çempionatda 3 aylıq fasilə çoxdur” – Kamran Quliyev
A A A

[19.05.2017]
“Çempionatda 3 aylıq fasilə çoxdur” – <b style="color:red">Kamran Quliyev</b>

Bu gün AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib. İclasdan sonra komitənin sədri, “Sumqayıt”ın prezidenti Kamran Quliyev jurnalistlərin suallarnı cavablandırıb.

- Bugünkü iclasda hansı məsələləri müzakirə etdiniz?

- Klublardan bəzi suallar aldıq. Önümüzdəki mövsümün təqvimini öyrənmək üçün bəzi suallar yaranmışdı. Bildiyiniz kimi, bu iclasa PFL-in nümayəndəsini dəvət etdik. Həmçinin əməkdaş bizə belə bir məlumat verdi ki, hazırda PFL-lə millimizin baş məşqçisi Robert Prosineçki arasında danışıqlar gedir. Təbii ki, danışıqlar prosesində millinin də maraqları nəzərə alınacaq və yeni mövsümün təqvimi bəlli olacaq. İlkin məlumat ondan ibarətdir ki, çempionat həmişə olduğu kimi, avqust ayında başlayacaq. Amma hansı tarixdə başlayacağına PFL qərar verəcək.

- İlkin məlumatlara görə, çempionata avqust ayının 15-dən sonra start veriləcək...

- Hələlik müxtəlif variantlar səslənir. Ya ayın 15-dən əvvəl başlayacaq, ya da sonra. Bu, ilkin məlumatdı, amma rəsmi informasiya vermək hələlik tezdi. Çünki danışıqlar gedir.

- 3 ay fasilə çox deyilmi?

- Təbii ki, çoxdu. Amma biz bu məsələ ilə bağlı heç nə edə bilmərik. İslam Həmrəylik Oyunları var və futbol da o yarışın bir parçasıdı. Ona görə də bu mövsüm aprel ayında başa çatmalı olub. Gələn il isə çempionat may ayında başa çatacaq.

- Oyunçuların yaş limiti ilə bağlı məsələ var idi. O haqda hansı müzakirələri apardınız?

- Bildiyiniz kimi, son 2 mövsüm Premyer Liqanın keçirilməsi qaydalarına uyğun olaraq, meydançada ən azından bir futbolçu 21 yaşlılaran ibarət milli komandamıza dəvət ala biləcək yaşda olmalı idi. Ötən 2 mövsümdə 1994-cü ildə doğulan futbolçu limitə düşürdüsə, bundan sonra 1996-cı ildə doğulmuş futbolçu limitə düşə biləcək, 1998-ci ildə doğulan futbolçu isə ehtiyat oyunçular skamiyasında yer ala biləcək.

- Klublar limit məsələsinə narazılıq etmədilər?

- Xeyr, klublar bilmək istəyirdilər ki, əgər bu məlumat dəqiqdirsə, transferlərini buna uyğun etsinlər.

- Legioner limiti ilə bağlı müzakirələr aparmadınız?

- Xeyr. Bu barədə müraciət olmadığı üçün hansısa müzakirə aparmadıq.

- Gündəlikdəki digər məsələlər hansılar idi?

- Vacib bir məsələ haqda fikir mübadiləsi apardıq. Futbolun mediada daha geniş işıqlandırılmasını istəyirik. Bildiyiniz kimi, “CBC Sport” telekanalı Premyer Liqanı sön mövsümdə yüksək səviyyədə yayımlayır. Biz istəyərdik ki, digər telekanallar da futbolu təbliğ etsinlər. Azərbaycan futbolunun bir neçə problemi var ki, bunlardan biri də azarkeşlərin stadionlara az gəlməsidi. Bütün bunlar klubların üzərinə düşən problemdi. Amma eyni zamanda biz də istəyərdik ki, yayıma, işıqlandırmaya cavabdeh olan tərəflər bu işdə daha aktiv olsunlar. Konkret hansı təklif almışıq, deyə bilmərik, amma növbəti iclasda bizim müzakirələrimiz olacaq. Biz istəyirik ki, yeni mövsümdə yeni təkliflər olsun. İnanın, regionlarda Azərbaycanda futbolun olmasından xəbərdar olmayan şəxslər var.


- Demək istəyirsiniz ki, Premyer Liqanın yayım hüququnu digər telekanallar alsın?

- Xeyr. Ümumiyyətlə, dünya təcrübəsində belə şey görməmişik. Hazırkı yayım formatı bizi qane edir, amma işıqlandırma formatı yox. Digər telekanallarda verilişlər, icmallar olsun. Əlbəttə, materialın sahibi “CBC Sport” telekanalıdı. Biz istəyirik ki, digər telekanallar bu materialları alsınlar. Bildiyimizə görə, “CBC Sport” bu təklifi edib. Amma, nədənsə digər telekanllar keyfiyyətli videogörüntü götürmür. Bunu digər telekanallarla müzakirə edəcəyik. 

- Amma bir məsələ var ki, regionda cəmi 2 klub mövcuddu...

- Əvvəla “Sumqayıt” da region sayılır. İkincisi də, futbol yalnız Premyer Liqada oynayan komandalar üçün deyil. Birinci divizionda da komandalar var və həmin klubların təmsil etdiyi rayonların əhalisi də ən azından Premyer Liqada nə baş verdiyini bilməlidirlər. Mən bildiyimə görə, “CBC Sport” telekanalının bəzi bölgələrdə yayımında problem yaranır. İcmallar, görüntülər azdı. İnsanlar məlumatı qəzetdən oxuyurlar ki, bu da kifayət etmir.   

- Bir az da “Sumqayıt”dan danışaq. Klubun növbəti mövsümdəki hədəfi nə olacaq?

 -Biz hər mövsüm nəticəmizi yaxşılaşdırmaq istəyirik. Düşünürəm ki, komanda bu mövsüm daha təcrübəli olacaq. Ötən il bizdə təcrübə çatmadı. Bu da bizim siyasətimiz, gənc futbolçuların yetişdirilməsi ilə bağlıdır. Bəziləri hər il eyni sözləri eşitməklə razılaşmaz. Lakin öyrəşmək lazımdı, “Sumqayıt”ın siyasəti budur. Bizim klubumuzda yetişən bir neçə futbolçu millimizdə çıxış edir. Bu il Samir Abasov və onun məşqçi heyəti də təcrübə topladı. İnanıram ki, növbəti mövsüm daha iddialı olacağıq.


- “Sumqayıt” bu mövsüm də legioner futbolçu transfer etməyəcək?

- Bəli. Ən azından bu il olmayacaq.

- Deyilənə görə, AFFA “Sumqayıt”ın legioner futbolçu transfer etməsinə icazə vermir...

- AFFA-nın bu məsələyə heç bir aidiyyatı yoxdur. Bu, klubun sahiblərinin daha əvvəl qurduğu siyasətdir. Bu siyasət klubun sahiblərini qane edir. Onlar hesab edirlər ki, bu siyasət Azərbaycan futboluna çox xeyir verəcək. Əlbəttə, istəyərdik ki, güclü legionerimiz olsun. Amma güclü legioner çox pul tələb edir.

- Klubun büdcəsində hansısa dəyişiklik olmayacaq?

- Demək olar ki, yox. Büdcəmiz eyni qalmalıdı (sport24.az).

2566 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
26.04.2018  19:05 Premyer Liqamızda 25-ci turun - hakim təyinatları
26.04.2018  17:39 "Qəbələ"nin baş məşqçisi olmaq istəyərəm" - Stiv Olfers
26.04.2018  14:40 "Hərəkətlərindən hiss edirdim ki, məni göndərəcək" - Viktor Oseqeyl
26.04.2018  11:48 "Şərtləri bizi qane etsə, Maksimovla davam etməyə hazırıq" - Zaur Axundov
26.04.2018  10:15 "...Azərbaycanla oyunda qələbə qazanacağıq" - Stanimir Stoilov
25.04.2018  21:09 Yeni təklifə "yox" dedi, "Qarabağ"a gəlir
25.04.2018  20:12 "Millidə çox nöqsan var" - Azər Məmmədov
25.04.2018  17:43 FİFA prezidenti "Qarabağ"ı təbrik etdi
25.04.2018  13:04 AFFA-dan Yuri Maksimova sərt cəza
24.04.2018  17:07 "Qəbələ" - "Qarabağ" oyunu Bakıda keçirilə bilər
24.04.2018  15:42 "İnanıram ki, "Qarabağ"da mümkün qədər çox qalacam" - Aqolli
24.04.2018  12:28 "Ronaldonu da Bakıya gətirə bilərik" - Fikrət Orman
23.04.2018  18:01 "Xəzər"in bölgəni təmsil etməsi mümkündür" - Emin Abbasov
23.04.2018  15:30 "Lap yaxşı, "Keşlə" Qəbələyə gəlməsin, kuboku da biz götürək" - Cavid Hüseynov
23.04.2018  12:57 Finalın vaxtı açıqlandı - 28 may, saat...
23.04.2018  10:49 Rəşad Sadıqovun 7-ci çempionluğu
23.04.2018  01:39 “Baş məşqçi əsəbləşibsə, deməli, nəsə görüb” - Rail Məlikov
23.04.2018  00:57 "O vaxt çempionluq mənim üçün daha önəmliydi" – Qara Qarayev
22.04.2018  22:35 “Məni narahat edən futbolçuların uğurlardan çaşmaq ehtimalıdır” – Qurban Qurbanov
22.04.2018  22:28 Rəşad Sadıqovdan çempionluq şərhi
 
 
  27.04.18
02:47
  "Zirə" çempiona qarşı - Yenilənir
01:51
  “İnter” üçün rekord
01:34
  İsko da “Bavariya”ya qarşı oynamayacaq
01:15
  “Marsel” finala yaxınlaşdı - Video
01:03
  “Arsenal” qələbəni əldən verdi - Video
00:56
  Londonda heç-heçə, "Marsel" qalib gəldi
00:29
  “Rusenborq” Superkuboka sahib çıxdı
00:00
  İnyesta sabah “Barselona”dan gedişini açıqlayacaq
  26.04.18
22:40
  "Sabah"dan 4 cavabsız qol - Video
21:49
  "Beşiktaş"dan bəyanat: "Fənərbaxça" ilə oyuna çıxmayacaqlar
21:05
  "Qəbələ"nin U-16 komandası çempion oldu
19:28
  Şəhriyarla Teymur heç-heçə etdi
19:05
  Premyer Liqamızda 25-ci turun - hakim təyinatları
18:44
  Birinci divizionda daha 3 oyunun hakimləri bilindi
18:26
  "Real"da ciddi itki
17:55
  "Sabah"dan qələbə, "Şüvəlan"dan xal itkisi
17:39
  "Qəbələ"nin baş məşqçisi olmaq istəyərəm" - Stiv Olfers
17:02
  İbrahimoviç dünya çempionatında oynamayacaq - rəsmi
16:26
  "Atletiko"nun "Arsenal"la oyun üçün heyəti - siyahı
15:58
  "Barselona" və "Real"ın ortaq hədəfi
15:19
  UEFA "Bavariya"nı cəzalandırır
14:49
  Ramin Musayevlə futbol mübahisələri...
14:40
  "Hərəkətlərindən hiss edirdim ki, məni göndərəcək" - Viktor Oseqeyl
14:23
  Türkiyə Avro-2024-ə namizəd oldu - rəsmi
14:05
  Günün canlı oyunları - Etopaz-da
13:44
  Boatenq üçün mövsüm bitdi - mundialı da buraxa bilər
13:30
  Avroliqanın oyunları hansı kanallarda? - siyahı
13:02
  "Kaş ki, bir yerdə oynayardıq" - Ronaldodan İbrahimoviçə
12:41
  Millimiz Uels, Slovakiya və Macarıstanla eyni qrupda
12:21
  Salah, yoxsa Marselo?
12:01
  Ronaldo dayandı - 350 gündən sonra
11:48
  "Şərtləri bizi qane etsə, Maksimovla davam etməyə hazırıq" - Zaur Axundov
11:29
  "Real"a iki qolu hədiyyə etdik" - Haynkes
11:15
  Yığmamız Rusiyaya uduzdu
11:02
  “Qızımı dodağından öpdülər, virusa yoluxub öldü” - Donald Gerye
10:36
  "Liverpul" 200 milyonu rədd etdi - Salahı satmırlar
10:15
  "...Azərbaycanla oyunda qələbə qazanacağıq" - Stanimir Stoilov
09:51
  "Bavariya" Madriddə qələbə qazana biləcək gücdədir" - Zidan
01:31
  “Real”dan ÇL-də tarixi göstərici
01:10
  Ronaldo Kasilyası geridə qoydu
00:47
  "Real"dan əzmkar qələbə - Video
00:38
  "Bavariya" öz meydanında "Real"a uduzdu
  25.04.18
22:54
  Robben zədələndi
22:16
  "Bavariya" – "Real": heyətlər açıqlandı
21:58
  Tuxel PSJ rəhbərliyinin qarşısına şərt qoydu
21:09
  Yeni təklifə "yox" dedi, "Qarabağ"a gəlir
20:12
  "Millidə çox nöqsan var" - Azər Məmmədov
19:35
  Yığmamız Gürcüstana uduzdu
19:03
  "Bavariya"da ciddi itkilər – 4 futbolçu oynamayacaq
18:38
  Moskvada spirtli içki satılmayacaq - DÇ-2018-də
18:27
  "Liverpul"da ciddi itki
17:43
  FİFA prezidenti "Qarabağ"ı təbrik etdi
17:30
  Asiyanın ən yaxşı futbolçusu seçildi
17:15
  "Kəpəz" məşqləri bərpa etdi
16:50
  "Milan"ın yeni ev forması - Şəkillər
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore