Ronaldodan "Selta"ya rüşvət ittihamı - Video

Ronaldodan "Selta"ya rüşvət ittihamı - Video
DÜNYA FUTBOLU 19 May 2017 / 12:17 7818
-  A +

"Real"ın futbolçusu Kriştiano Ronaldo "Selta"nı rüşvət almaqda ittiham edib.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, o, La Liqada "Selta" ilə matç zamanı epizodlardan birində rəqib komandanın müdafiəçisi Qustavo Kabralyuya əl jestləri ilə içi pulla dolu olan çamadan şəklini təsvir edib. Onun bu hərəkəti kameralara düşüb.

Qeyd edək ki, "Real" "Selta"ya 4:1 hesabı ilə qalib gələrək vahid lider olub və çempionluq yolunda önəmli addım atıb. Madrid klubu uduzacağı təqdirdə, "Barselona" turnir cədvəlində ilk pillədəki mövqeyini qoruyacaqdı.





Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın