Sərbəst güləşçilərimizdən 2 qızıl və 1 gümüş medal - İslamiada

Sərbəst güləşçilərimizdən 2 qızıl və 1 gümüş medal  - İslamiada
GÜNDƏM 19 May 2017 / 20:15 6236
-  A +

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışlarına start verilib.

Qol.az-ın məlumatına görə, ilk olaraq 4 çəki dərəcəsində təmsilçilərimiz xalça üzərinə çıxıblar.
 
57 kq

Bu çəkidə ölkəmizi Mahir Əmiraslanov təmsil edəcək. İdmançımız 1/4 final mərhələsində Roland Tambi Nforsonqu (Kamerun) sınağa çəkib. İdmançımız 14:4 hesablı qələbə ilə yarımfinala çıxıb. Yarımfinalda türkiyəli Nəbi Uzunla qarşılaşan Əmiraslanov 15:2 hesablı qələbə sayəsində adını finala yazdırıb. Həlledici görüşdə Qazaxıstan təmsilçisi Jandos İsmayılovla qarşılşan güləşçimiz 5:4 hesablı qələbə ilə qızıl medalın sahibi olub.
 
65 kq

Maqomed Müslimov yarışa 1/8 finaldan başlayıb. Təmsilçimiz Fil Dişi Sahilindən olan İnnosent Açi Abbi ilə qarşılaşıb. Müslimov vaxtından əvvəl qələbə (10:0) qazanaraq, növbəti mərhələyə adlayıb. İdmançımız 1/4 finalda Mabunde Kumba (Qvineya-Bissau) ilə üz-üzə gəlib və 10:0 hesablı qələbə ilə yarımfinala yüksəlib. Final uğrunda görüşdə əfqanıstanlı Malilk Can Sadidlə qarşılaşan güləşçimiz yenə çətinlik çəkməyib - 10:0. Finalda Meisam Nasiri (İran) ilə qarşılaşan idmançımız 3:5 hesabı ilə uduzaraq gümüşü medalla kifayətlənib. 
 
74 kq

Bu çəkidə mübarizə aparacaq Cəbrayıl Həsənov da İslamiada çərçivəsində ilk görüşünü 1/8 final mərhələsində keçirib. O, Peyman Yarəhmədi (İran) ilə münasibətlərinə aydınlıq gətirib.Gərgin keçən qarşılaşmada idmançımız rəqibinə 1:3 hesabı ilə uduzub. Yarəhmədi 1/4 finalda Özbəkistan təmsilçisi Bekzod Abduraxmonova uduzduğundan (5:8), Həsənovun bürünc medal uğrunda güləşmək şansı da qalmayıb. 

97 kq


Günün ən ağır çəkidəki mübarizəsində millimizin adından dağıstanlı legioner Nurməhəmməd Hacıyev güləşib. 21 yaşlı pəhləvanımız 1/4 finalda Yusup Melejayevlə (Türkmənistan) qarşılaşıb və vaxtından əvvəl qələbə qazanıb. İdmançımız yarımfinalda suriyalı Abdallh Kərəmdən üstün olub - 9:0. Finalda Əmir Muhammadi (İran) ilə qarşılaşan M.Hacıyev 11:2 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı