Basketbolçularımızdan İslamiadaya uğurlu start

Basketbolçularımızdan İslamiadaya uğurlu start
XƏBƏR 19 May 2017 / 02:00 3974
-  A +

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında basketbol 3x3 yarışlarına start verilib.

Qol.az-ın məlumatına görə, qadınların mübarizəsində “A” qrupunda yer alan Azərbaycan millisi Türkmənistanla qarşılaşıb.

Qarşılaşma Azərbaycan basketbolçularının 16:7 hesablı qələbəsi ilə başa çatıb.

Qadın basketbolçularımız gün ərzində qrupda keçirdikləri ikinci görüşdə də qələbə qazanıblar.

Komandamız Əlcəzair millisini 20:14 hesabı ilə məğlub edib.

Yarışın ilk günü kişi basketbolçularımız üçün də uğurlu alınıb. “A” qrupunda yer alan milli komandamız ilk oyunda Türkmənistan yığmasını 17:16 hesabı ilə məğlub edib. Komandamız ikinci oyunda isə Türkiyə millisinə qalib gəlib - 17:10.

 

 

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı