İngiltərə Premyer Liqasında 34-cü turdan təxirə salınmış 1 oyun keçirilib.
Qol.az-ın məlumatına görə, ötən mövsümün çempionu “Lester” öz meydanında “Tottemhem”i qəbul edib.
Gümüş medalları daha əvvəldən təmin etməsinə baxmayaraq, bu görüşdə də bütün gücünü ortaya qoyan “Tottemhem” böyükhesablı qələbə qazanıb.
İngiltərə Premyer Liqası
34-cü tur
18 may
“Lester” - “Tottenhem” 1:6
Qollar: Keyn, 25 (0:1), Heunq-Min, 36 (0:2), Kilvell, 59 (1:2). Keyn, 63 (1:3), Heunq-Min, 71 (1:4). Keyn, 89 (1:5); 90+2 (1:6)