12 kapitan manifestə imza atdı - süni qazona etiraz

12 kapitan manifestə imza atdı -  süni qazona etiraz
XƏBƏR 19 May 2017 / 00:00 3683
-  A +

Hollandiya yüksək liqasında yarışan klubların rəhbərliyi və futbolçuları süni qazonlarda oynamaqdan imtina edirlər.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 12 klub oyunların süni qazonda keçirilməsinə qarşısıdır.

Bununla bağlı “Feyenord”, “Ayaks”, PSV, “Herenven”, “AZ Alkmaar”, “Utrext”, “Qou Ehed İqlz”, “Qroningen”, “NEK”, “Vitess”, “Villem II” və “Tvente”nin nümayəndələri manifestə imza atıblar.

Yalnız “Herakl”, “Zvolle”, “Ekselsior”, “Den Haaq”, “Roda” və “Sparta”nın nümayəndələri sözügedən sənədə imza atmaqdan boyun  qaçırıblar. Bu da həmin 6 klubun süni qazonda çıxış etməsi ilə əlaqədardır.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın