Məhəmmədrəsul Məcidovdan qızıl medal

Məhəmmədrəsul Məcidovdan qızıl medal
XƏBƏR 18 May 2017 / 20:24 2663
-  A +

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışları başa çatıb.

Azərbaycan Boks Federasiyasından Qol.az-a verilən məlumata görə, bu gün keçirilən final döyüşlərində son olaraq rinqə Azərbaycan millisinin üzvü Məhəmmədrəsul Məcidov çıxıb.

+91 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz suriyalı Manaf Asaadla qarşılaşıb. Görüş Məcidovun qələbəsi ilə başa çatıb.

Beləliklə, 7 gün davam edən yarışda Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb. Yığmamızın heyətində Cavid Çələbiyev (60 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) birinci, Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) ikinci, Tayfur Əliyev (56 kq) isə üçüncü yeri tutub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord