"Mançester Yunayted" ilk transferini edir

"Mançester Yunayted" ilk transferini edir
XƏBƏR 18 May 2017 / 20:11 6300
-  A +

"Mançester Yunayted" yeni mövsüm üçün ilk transferini gerçəkləşdirmək üzrədir.

Qol.az-ın "Sky Sports"a istinadən yaydığı xəbərə görə, klub "Roma"nın yarımmüdafiəçisi Radja Nainqqolanla razılığa gəlib.

Komandanın baş məşqçisi Joze Mourinyonun istəyi ilə belçikalı yarımmüdafiəçiyə təklif göndərilib və tərəflər arasında danışıqlar müsbət nəticələnib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı