Benzema yenə milliyə çağırılmadı

Benzema yenə milliyə çağırılmadı
XƏBƏR 18 May 2017 / 18:29 2105
-  A +

Fransa millisinin iyun ayında keçiriləcək oyunlar üçün heyəti açıqlanıb.

Qol.az-ın xəbərinə görə, yığmanın baş məşqçisi Didye Deşam 26 futbolçuya dəvət göndərib.

Onların arasında "Real"ın futbolçusu Kərim Benzemanın adı yoxdur. 29 yaşlı hücumçuya bu dəfə də ehtiyac duyulmayıb.

Xatırladaq ki, Benzema millidəki komanda yoldaşı Mateyu Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün Fransa yığmasından uzaqlaşdırılıb. Ancaq Fransa Futbol Federasiyasının prezidenti Noel La Qraet onun yığmaya qayıda biləcəyini açıqlayıb.

Qeyd edək ki, Benzema son vaxtlar milliyə dəvət olunmamasına etirazını bildirib. O, bununla bağlı baş məşqçi Dinye Deşamla danışacağını deyib.

Son xəbərlər