Boksçumuz finalda uduzdu

Boksçumuz finalda uduzdu
XƏBƏR 18 May 2017 / 18:50 1801
-  A +

IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında Azərbaycan millisi daha bir medal qazanıb.

Azərbaycan Boks Federasiyasından Qol.az-a verilən məlumata görə, yığmamızın aktivinə 3-cü mükafatı Tamerlan Abdullayev yazdırıb.

69 kq çəki dərəcəsində qüvvəsini sınayan 25 yaşlı idmançı İslamiadanı gümüş medalla başa vurub. Abdullayev həlledici görüşdə özbəkistanlı Bobo-Usman Baturova məğlub olub. 

Qeyd edək ki, ondan öncə Cavid Çələbiyev (60 kq) qızıl, Tayfur Əliyev (56 kq) bürünc medal qazanıb.


Son xəbərlər