"Turan"ın sabiq baş məşqçisi kubok qazandı

"Turan"ın sabiq baş məşqçisi kubok qazandı
XƏBƏR 18 May 2017 / 16:47 3710
-  A +

“Turan” klubunun sabiq baş məşqçisi Naci Şensoy Makedoniyada ilk titulunu qazanıb.

Qol.az-ın xəbərinə görə, onun çalışdırdığı “Poliester” klubu ölkə kubokunun qalibi olub.

Həlledici oyunda “Şkendiya” ilə qarşılaşan “Poliester” penaltilərlə qalib gələrək (4:3) kuboku başı üzərinə qaldırıb.

Qeyd edək ki, Naci Şensoy ötən ildən “Poliester”i çalışdırır.

Xatırladaq ki, türkiyəli mütəxəssis müxtəlif illərdə - 2002-2003, 2002-2005 və 2012-ci ildə “Turan"ın baş məşqçisi olub.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı