PAOK-un baş məşqçisini xəstəxənalıq etdilər – Video

PAOK-un baş məşqçisini xəstəxənalıq etdilər – Video
VİDEO 18 May 2017 / 11:55 2932
-  A +

Yunanıstan yüksək liqasında keçirilən "Panatinaikos" - PAOK matçı yarımçıq dayandırılaraq təxirə salınıb.

Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, buna görüş zamanı baş verən dava səbəb olub.

Çempionlar Liqasında vəsiqə uğrundakı oyunun 51-ci dəqiqəsində PAOK-un futbolçusu Vardaya qırmızı vərəqə göstərilib. Bundan sonra azarkeşlər arasında dava düşüb. Dava zamanı rəqib komandanın azarkeşlərindən biri PAOK-un baş məşqçisi Vladan İviçin üzərinə pivə butulkası tullayıb. Nəticədə başından zədə alan məşqçi xəstəxanaya aparılıb.

Hadisələrə görə baş hakim 55-ci dəqiqədə matçı dayandırıb.

Qeyd edək ki, bu ayın əvvəli Yunanıstan kubokunun finalında PAOK və AEK azarkeşləri arasında dava düşmüşdü.




Son xəbərlər