Ronaldodan növbəti rekord

Ronaldodan növbəti rekord
DÜNYA FUTBOLU 18 May 2017 / 10:18 5399
-  A +

"Real"ın futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.

Qol.az-ın "Orta Sports"a istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu Avropanın 5 böyük liqasında (İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa) ən çox qol vuran futbolçu olub.

La Liqada "Selta"ya qarşı matçda dubla imza atan Ronaldo Avropa liqalarında  vurduğu qolların sayını 368-ə yüksəldib. Bununla da o, ingiltərəli Cimmi Qrivzanı (366 qol) geridə qoyaraq bu göstərəcidə ilk pilləyə qalxıb.

Qeyd edək ki, K.Ronaldo 2003-2009-cü illərdə çıxış etdiyi "Mançester Yunayted"lə İngiltərə Premyer Liqasında 84 qol, 8 mövsümdür oynadığı "Real"la isə La Liqada 284 qol vurub.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi