Futbol millimiz finalda - İslamiada

Futbol millimiz finalda - İslamiada
ÖLKƏ FUTBOLU 18 May 2017 / 14:22 11315
-  A +

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının yarımfinal oyunları keçirilir.

Qol.az-ın xəbərinə görə, U-23 millimiz  final uğrunda oyunda Əlcəzair yığması ilə üz-üzə gəlib.

Oyun komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Yaşar Vahabzadənin rəhbərlik etdiyi millimiz finala vəsiqə qazanıb.

Qeyd edək ki, komandaməz qrupun ilk oyununda Kamerunla qolsuz heç-heçə edib. İkinci matçında Səudiyyə Ərəbistanına 2 cavabsız qolla qalib gələn yığmamız qrupdakı sonuncu qarşılaşmasında Mərakeşlə bərabərə qalıb – 0:0.

Digər yarımfinal oyununda  Kamerun Omanla üz-üzə gələcək.
 

18 may

İslam Həmrəylik Oyunları

Yarımfinal

12:30. Əlcəzair – Azərbaycan - 0:2
Qol:
Ruslan Abışov, 39, Məqsəd İsayev, 62

18:30. Kamerun – Oman

Daha çox


Son xəbərlər