“Real” yenidən liderdir – La Liqa

“Real” yenidən liderdir –  La Liqa
GÜNDƏM 18 May 2017 / 01:00 5728
-  A +

İspaniya La Liqasının 21-ci turunda təxirə salınmış bir görüş keçirilib.

Qol.az-ın xəbərinə görə, “Real” səfərdə “Selta”nın qonağı olub.

Oyun madridlilərin böyükhesablı qələbəsi ilə başa çatıb – 4:1.

"Selta" - "Real" - 1:4
Qollar
: Ronaldo, 10 (0:1), 48 (0:2), Quydetti,  69 (1:2), Benzema, 70 (1:3), Kross, 88 (1:4)

Bununla da xalını 90-a çatdıran Zinəddin Zidanın komandası liderliyi ələ keçirib. “Barselona” 87 xalla 2-cidir. Bu isə o deməkdir ki, "Real" mövsümün sonuncu - 38-ci turunda uduzmasa, çempion olacaq. "Karl klubu" xal qazanmasa da, çempionluğunu qeyd edə bilər. Bunun üçün "Barselona"nın qalib gəlməməsi lazımdır.

Qeyd edək ki, mayın 21-də keçiriləcək 38-ci turun oyunlarında "Barselona" "Eybar"ı qəbul edəcək, "Real" isə "Malaqa"nın qonağı olacaq.

Daha çox


Son xəbərlər