Türkiyə kubokunda finalçılar bəlli oldu

Türkiyə kubokunda finalçılar bəlli oldu
XƏBƏR 18 May 2017 / 00:50 4244
-  A +

Türkiyə kubokunda ikinci finalçının da adı məlum olub.

Qol.az-ın xəbərinə görə, finala vəsiqə uğrunda “Fənərbaxça” və “Başakşəhər” komandaları üz-üzə gəlib.

Yarımfinalın ilk görüşdə 2:2 hesablı bərabərə qalan komandaların cavab oyununda da eyni hesab qeydə alınıb. Buna görə də görüş penaltilərə qədər uzanıb. Burada daha dəqiq olan “Başakşəhər”  finala vəsiqə qazanıb.

“Fənərbaxça” – “Başakşəhər” – 2:2 (penlatilər – 9:10)
Qollar:
Əmrə Bəlözoğlu, 42 (0:1), Musa Sou, 71 (1:1), Samuel Holmen, 86 (1:2), Ozan Tufan, 87 (2:2)

Qeyd edək ki, "Başakşəhər" finalda "Konyaspor"la qarşılacaq. Görüş mayın 28-də keçiriləcək.

Son xəbərlər