"Deşamla qısa danışacam" - Benzemadan etiraz

"Deşamla qısa danışacam" -  Benzemadan etiraz
XƏBƏR 18 May 2017 / 00:01 4158
-  A +

"Real"ın fransalı futbolçusu Kərim Benzema uzun müddətdir milli komandadan dəvət almamasına münasibət bildirib.

Qol.az-ın məlumatına görə, bu barədə ölkəsinin mətbuatına danışan 29 yaşlı hücumçu millinin baş məşqçisi Didye Deşamla görüşərək bu barədə danışmaq istədiyini deyib:


"Bəli, elə bu dəqiqə milli karyeramı bitirdiyimi deyə bilərəm. Bunu deməkdən asan nə var ki? Arxamca danışılanları eşitməkdən yorulmuşam. Bilirəm ki, milli karyeramı başa vurduğumu açıqlasam, sevinənlər çox olacaq. Əlbəttə, Fransa millisinə yenidən dəvət alsam, çox xoşbəxt olacam. Uzun müddətdir ki, millidən kənarda qalmışam. Amma indi vaxtdır, Deşam ortaya çıxmalı, niyə kənarda qaldığımı söyləməlidir. Deşamla çox qısa fikir mübadiləsi aparmaq niyyətindəyəm".

Xatırladaq ki, Benzema millidəki komanda yoldaşı Mateyu Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün Fransa yığmasından uzaqlaşdırılıb. Ancaq Fransa Futbol Federasiyasının prezidenti Noel La Qraet onun yığmaya qayıda biləcəyini açıqlayıb.

Qeyd edək ki, Benzema bu mövsüm “Real”ın heyətində 26 oyuna 9 qol vurub.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord