Dirk Kuyt karyerasını başa vurdu

Dirk Kuyt karyerasını başa  vurdu
DÜNYA FUTBOLU 17 May 2017 / 20:05 3210
-  A +

"Feyenoord"un hücumçusu Dirk Kuyt futbolçu karyerasını başa vurub.

Qol.az-ın məlumatına görə, bu barədə Hollandiya  klubunun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb. 36 yaşlı oyunçu bu həftənin sonuna qədər  məşqlərdə iştirak edəcək. Bundan sonra o, klubun strukturunda vəzifələrdən birində çalışacaq.

Qeyd edək ki, D.Kuyt cari mövsüm "Feyenoord"la Hollandiya çempionu olub.

Əlavə edək ki, D.Kuyt futbolçu karyerası ərzində "Utrext", "Liverpul", "Fənərbaxça" və "Feyenoord"da çıxış edib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı