“Atletik”dən rəsmən gedir – “Barselona”ya keçir?

“Atletik”dən rəsmən gedir – “Barselona”ya keçir?
DÜNYA FUTBOLU 17 May 2017 / 14:16 5220
-  A +

“Atletik”in baş məşqçisi Ernesto Valverde mövsümün sonu komandadan ayrılacağını açıqlayıb.

Qol.az-ın “El Mundo Deportivo”ya istinadən yaydığı xəbərə görə, bu haqda 53 yaşlı məşqçi özü bildirib.

Qeyd edək ki, Valverde Bilbao klubunda işlədiyi 4 ildə komandanı son 16 ildə ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb, həmçinin 2015-ci ildə ölkə kuboku və superkubokunu qazanıb.

O, Luis Enrikenin gedişindən sonra “Barselona”nın baş məşqçisi vəzifəsinə əsas namizədlərdən sayılır. Kataloniya klubunun futbolçularının da Valverdenin namizədlliyini dəstəklədiyi bildirilir.


Son xəbərlər