«Qarabağ» istirahət etmədən «Xəzər Lənkəran»la oyunun hazırlığına başladı

PREMYER LİQA 13 Mart 2010 / 14:34 2974
-  A +

Dünən «Bakı»yla premyer liqanın final mərhələsinin ilk turunda qarşılaşan və 0:2 hesabı ilə uduzan «Qarabağ» dərhal hazırlıqlara başlayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, istirahət etmədən «Xəzər Lənkəran»la ölkə kubokunun 1/4 final mərhələsinin cavab görüşünə hazırlaşan Ağdam təmsilçisi bu gün Suraxanı qəsəbə stadionunda saat yarım məşq edib. «Bakı»yla oyunda 90 dəqiqə meydanda qalan futbolçular elə də yüklənməyib və yüngül qaçışla yadda qalıblar. Hazırlıqlarını ayın 15-nə kimi Bakıda davam etdirəcək «Qarabağ» həmin gün Lənkərana yollanacaq. Martın 17-si baş tutacaq cavab görüşünə qədər «Qarabağ» cənub bölgəsində məşq etməyi planlaşdırır.

 


Son xəbərlər