"I love Azerbaijan" - Reynaldodan mesaj

"I love Azerbaijan" - Reynaldodan mesaj
GÜNDƏM 17 May 2017 / 12:22 7055
-  A +

“Qarabağ”dan ayrılaraq Türkiyənin “Adanaspor” klubuna keçən Reynaldo Silva növbəti dəfə sosial şəbəkədə Azərbaycanla bağlı paylaşım edib.

Qol.az-ın xəbərinə görə, braziliyalı hücumçu “İnstagram” hesabında “I Love Azerbaijan” yazısını və bayrağımızın şəklini paylaşıb.

Qeyd edək ki, Reynaldo Azərbaycanı unutmadığını dəfələrdə sosial şəbəkələrdə hiss etdirib.

Xatırladaq ki, 28 yaşlı futbolçu 2013-cü ildən 2017-ci ilə qədər Ağdam klubunda çıxış edib.

Daha çox


Son xəbərlər