Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
“Rəqibləri “Qarabağ”la oynamağa yox, onu dayandırmağa çıxır”

Yazarlar
 Futbol tariximiz tək Tofiq Bəhramovdan ibarət deyil…
Aydın BAĞIROV
 Mosvka Spartakçısı (?)... Anatoli Banişevski
Şakir YAQUBOV
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
Fotoreportaj
Bütün 
"Səbail" - "Qarabağ" - Şəkillər
Top 5
"Qarabağ" və "Sumqayıt"dan vacib qələbə
"Səbail"dən sürpriz qələbə, "Neftçi" - "Zirə" oyununda bərabərlik
“Qarabağ”dan ayrılacağının mesajını verdi
Beyl "Real"dan ayrılır? - Zidan açıqladı
Salah Premyer Liqanın tarixinə düşdü
Linklər
525ci Qəzet

“Transfer məsələsində söz sahibi mənəm” – Şahin Diniyev
A A A

[16.05.2017]
“Transfer məsələsində söz sahibi mənəm” – <b style="color:red"> Şahin Diniyev</b>
“Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına müsahibə verib. Qol.az saytı müsahibəni təqdim edir.

 
- Orxan Əliyev ilə də ilkin razılıq əldə olunsa da, bu futbolçunun da “Kəpəz”dən gedişi mümkündür?

- Açıq deyim ki, bizim bu futbolçu ilə müəyyən fikir ayrılıqlarımız var. Orxan bizə “ola bilsin xaricdən təklifim oldu” deyə bildirib. “Kəpəz” yerli futbolçularımızın legioner həyatı yaşamasında maraqlıdır və bununla bağlı heç vaxt hansısa futbolçuya əngəl yaratmayacaq. Bizə nə qədər lazımlı futbolçu kimi müqaviləsi olsa belə onun xaricə yollanmasına şərait yaradacağıq. Oyunçumuzun əcnəbi klublarda oynaması futbolumuzun inkişafına xidmət edir. Biz yalnız “Kəpəz” üçün yox, həm də ölkə futbolunun inkişafına çalışırıq. Hazırda Orxan İslamiadada çıxış edən yığmanın heyətindədir. Onunla danışıqlarımızda bəzi qaranlıq məsələlər oldu. Belə ki, mən ona fikrini dəqiqləşdirmək üçün vaxt verdim. Düzü, çox da gözləyə bilməzdik. Ona görə də halallıq verib ayrıldıq. Orxanın “Kəpəz”ə çox xeyri dəyib. Öncədən də dediyim kimi onu MOİK-dən dəvət edəndə ağır əməliyyatdan sonra zədəsini sağaltmaqla məşğul idi, əziyyət çəkirdi. Əliyevin potensialını bilirdim və bu səbəbdən də komandaya götürmüşdüm. İndi əgər o, inkişafını xarici və ya iddialı yerli klubda görürsə, buna mane ola bilmərik. Fikrinə hörmətlə yanaşırıq, uğurlar arzulayırıq. Belə futbolçunun itirmək məşqçi üçün çətindir. Sistemdə olan oyunçunu başqası ilə əvəz etmək vaxt aparacaq. Amma biz buna hazırıq. Rəhbərliyə də Orxanın qərarı ilə bağlı məlumat verib bildirdim ki, o, seçim edə bilmir. Biz isə transferdə tələsməliyik. Çox istəyirəm ki, Orxan böyük futbolçu olsun.
 

- Dario Frederiko, Nicat Qurbanov, Orxan Əliyev. Adını çəkdiyim hər üç futbolçu cinah oyunçusudur və artıq komandanı tərk ediblər. Onların gedişi ilə “Kəpəz” qanadı qırılmış quşa bənzəyir. Yəqin ki, sizin ehtiyat planınız var.

- Ölkədə olmadığım müddətdə hər gün komanda haqda düşündüm. Problem varsa, deməli, daha çox səylə işləməliyik. Büdcənin azlığına və futbolçulara böyük pullar təklif edə bilməməyimizə baxmayaraq bizim futbol fəlsəfəmiz və sistemimiz var. Komandanın oyununda sürətli cinah hücumlarına üstünlük veririk, bunun üzərində həmişə çalışırıq. Odur ki, belə futbolçuların hamısını birdən-birə getməsi acınacaqlı durum yaradıb. Amma bunun üzərində iş gedir. Yerli futbolçu transferi üzərində çalışırıq. Bu işlər tamamlanandan sonra çatışmazlıqlar olarsa, üzümüzü legionerlərə çevirəcəyik. Deyim ki, artıq bu yöndə də gərgin işlər davam edir. Buna böyük paralar lazım olsa da, biz az pulla keyfiyyətli iş görməyə çalışacağıq. Necə ki, Dario kimi futbolçunun parlamasına kömək etdik. Eləcə də futbolu başa vurmağa hazırlaşan Juninyonu yenidən önə çıxartdıq. Belə futbolçular hələ bizdə çox olacaq. Bu ayın 20-nə kimi yerli oyunçu bazarlığını yekunlaşdırıb, legionerlərlə məşğul olacağıq. Əcnəbilərdən kimin qalıb, kimin getməsi istiqamətində işlər indi də gedir. Bütün bunlar məlum olandan sonra hansı mövqeyə futbolçu lazım olsa, fikrimizi bu tərəfə yönəldəcəyik. Son mövsümdə heyətimizdə beş legioner olub, onların getməsi və qalması haqda çox şeylər yazırlar. Amma qərarı baş məşqçi verəcək.   
         

- Büdcənin azlığına baxmayaraq “Kəpəz” transfer dövrünün ən fəal komandalarından sayılır. Son mövsümdə komandanın heyətində olmuş futbolçularla danışıqlarla paralel digər komandalardan dörd oyunçu da kluba cəlb olunub. Onlardan üçü gəncdir. Gənclərlə işləməyi sevən mütəxəsssis kimi düşünürük ki, bu futbolçuların potensialına inanaraq komandaya cəlb etmisiz.

- Onlar ayrı-ayrı yaş qrupları üzrə millilərin üzvləri olublar. Hansısa bir səbəbdən oyunlarında axsama baş verib. Lakin mən onları sistemimdə görürəm. Mənə elə gəlir ki, bir ildən sonra azarkeşlərimiz, futbol ictimaiyyəti onlar haqda ancaq xoş sözlər danışacaq. Bu yaxınlarda mənə “sizin bu transferlərdən xəbəriniz yoxdur, bu futbolçuları rəhbərlik götürüb” deyə sual verdilər. “Kəpəz”də hərə öz işi ilə məşğuldur. Bu gün heyətə oyunçuların dəvəti və göndərilməsində qərar baş məşqçiyə məxsusdur. Gələnlər və gedənlər haqda rəhbərliyə yalnız raport verirəm və orada atdığım addımlar izah olunur. Mənə yaradılan şəraitə, sərbəstliyə görə rəhbərliyə təşəkkür edirəm. Komandada transferə görə söz sahibi baş məşqçidir. Məşqçi çox şey istəyə bilər. Futbolçu dəvət edəndə büdcəmizə uyğun hərəkət edirik. “Qarabağ”, “Qəbələ” və ya “Neftçi”dən futbolçu istəyə bilərəm. Amma buna gücümüz catacaq sualını verib düşünməliyəm. Kimi gəldi götürmək də düzgün deyil. Yeni götürdüyümüz gənclərə inanıram, potensialları var və onların inkişafına, yenidən milliyə cəlb olunmasına səy göstərəcəyik. Limit məsələsi də var, bunu unutmaq olmaz. Qarşıdakı mövsüm üçün gəncəli gənclərdən heyətə oyunçu götürəcəyik. Onlardan yəqin ki, dördünü əsas komanda ilə birlikdə təlim-məşq toplanışına aparacağıq. Hansı özünü yaxşı tərəfdən göstərəcəksə, komandada qalacaq. Hamısı da qala bilər, ikisi də. Həmin oyunçular birdəfəlik əsas komandada olacaqlar. Artıq gəncəli gənclərin oynamasının, yetişməsinin vaxtıdır, biz onlara dəstək olacağıq.
 

- Yenilərdən biri də Tural Cəlilovdur. Onun haqda nə deyə bilərsiz?

- Cəlilovu müdafiədəki problemləri həll etmək üçün heyətə cəlb etmişik, təcrübəli oyunçudur. Ona da inanırıq. Onu da deyim ki, daha iki oyunçu ilə danışıqlar aparırıq. Qısa vaxtda işləri yekunlaşdırmalıyıq. Boş mövqelər üzrə legionerləri nəzərdən keçirəcəyik. Çalışacağıq ki, azərbaycanlı gənc futbolçularımız təcrübəli legionerlərdən də nəsə öyrənsinlər. Daha çox yerli oyunçulara diqqətimizi yönəldəcəyik.
 
- AFFA-nın hesabına Gəncə şəhər stadionunun əsas meydançasının ot örtüyü dəyişdirilir. Bəzi rəqiblərimiz “Kəpəz”in evdə uğurlu çıxış etməsini məhz qazonun bərbad olması ilə bağlayırdılar. Halbuki rəqiblər kimi futbolçularımız da yalnız son məşqə bu meydançada çıxırdı. Texnikalı futbola üstünlük verən komanda olduğumuzdan çox güman ki, ot örtüyünün dəyişdirilməsi oyunumuza daha da yaxşı təsir edəcək. Siz nə düşünürsüz?

- Onların iki il ərzində meydançadan şikayətlənməsi mətbuatı zəbt edən mövzu olub. Maraqlıdır ki, topla oynamağı daha çox sevən, texnikalı oyuna üstünlük verən “Qarabağ” yeganə klub olaraq heç vaxt meydançadan şikayətlənmədi. Ən pis hallarda belə çıxıb öz oyunlarını oynayıblar. Uğurları da olub, uğursuzluqları da. Amma heç vaxt bunu meydan amili ilə bağlamayıblar. Bizim ön xətdə oynayan futbolçularımız, legionerlərimiz də topla oynamağı sevən oyunçulardır. Belə meydançada yaratmaq çətindir, dağıtmaq asan. Odur ki, meydança bizə çətinlik törədib. Mart ayından başlayaraq bizim ev oyunlarımızın nəticələrinə nəzər salın. Yazda hava ilə bağlı qazonun durumu düzəldikcə uğurlu seriyamıza başlamışıq. Yəni demək istəyirəm ki, meydançanın vəziyyətinin yaxşı olması əksinə, bizə lap yaxşı təsir edir. Şükür, indi meydançamız düzələcək. Buna görə AFFA rəhbərliyinə, prezident Rövnəq Abdullayevə, baş katib Elxan Məmmədova futbol mütəxəssisi olaraq komandamız adından təşəkkür edirəm. Bu, bizim üçün sürpriz hədiyyə oldu, diqqətə görə minnətdarıq. Yeni mövsümdə yəqin ki, komandalar meydançadan yox, oyunun keyfiyyətindən danışacaqlar.
 
- Füzuli Allahverdiyevin gedişindən sonra məşqçilər korpusunda bir yer boş qalıb. Özünüzə yeni köməkçi götürəcəksiz?

- Bunu rəhbərliklə müzakirə edəcəyik. Bizə “Kəpəz”in uğurları üçün çalışacaq, komandaya yardımçı olacaq məşqçi lazımdır. Eyni zamanda, həmin mütəxəssisin uyğun kateqoriyası olmalıdır. Mayın 20-nə kimi bu məsələyə də aydınlıq gələcək. 
2303 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
25.02.2018  22:36 "Deyirlər, qol epizodunda əllə oyun var idi" – Şəhriyar Rəhimov
25.02.2018  13:31 "Məni "Neftçi"yə diskə baxıb, götürməyiblər" – Lukas Qomes
24.02.2018  15:10 AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi
24.02.2018  00:01 "Qalatasaray"dan darmadağın
23.02.2018  19:38 "Qarabağ", yoxsa "Beşiktaş"?
23.02.2018  15:00 "Banişevskinin ruhundan utanırıq" - Çingiz Abdullayev
23.02.2018  11:29 UEFA-nın yeni reytinqi - klublarımız neçəncidir?
23.02.2018  00:45 Banişevskinin doğum günündən 72 il ötür
22.02.2018  15:31 Azərbaycanda oynamış futbolçuya ömürlük cəza
22.02.2018  12:09 Avroliqanın oyunları bu kanallarda - siyahı
22.02.2018  10:17 Türk oyunçudan tarixi qol
21.02.2018  22:56 Avroliqada ilk 1/8 finalçı müəyyənləşdi
21.02.2018  13:55 Rəşad Sadiqov və Samir Abasovun cəzaları açıqlandı
21.02.2018  12:24 Çempionlar Liqasının oyunlarını göstərəcək kanallar - siyahı
21.02.2018  11:29 "Beşiktaş" 0:5 hesablı məğlubiyyətə layiq deyil" - Haynkes
21.02.2018  11:07 "Şansımız demək olar ki, qalmayıb"- Şenol Günəş
20.02.2018  12:35 Millimizin oyunlarının başlama saatı açıqlandı
20.02.2018  12:24 Çempionlar Liqasının oyunlarını göstərəcək kanallar - siyahı
20.02.2018  10:06 "Qarabağ"ın futbolçusu "Fənərbaxça"da
20.02.2018  09:45 ÇL-də daha iki oyuna hakim təyinatları
 
 
  26.02.18
02:11
  “Tottenhem” sonda sevindi - Video
01:56
  XIII tura yekun vuruldu - əvəzedicilərin yarışı
01:40
  “Latsio”dan böyükhesablı qələbə - Video
01:24
  Dabodan yubiley, Nəbiyevdən debüt
01:07
  “Mançester Yunayted” “Çelsi”ni məğlub etdi - Video
00:51
  Araz üçün 72 dəqiqə
00:33
  “Mançester Siti” mövsümdə ilk titulunu qazandı - Video
00:18
  Derbidə “Beşiktaş” sevindi
00:00
  “Qarabağ”ı indidən çempion saymaq olmaz” - Riçard Almeyda
  25.02.18
22:36
  "Deyirlər, qol epizodunda əllə oyun var idi" – Şəhriyar Rəhimov
21:01
  “Rəqibləri “Qarabağ”la oynamağa yox, onu dayandırmağa çıxır”
20:45
  “Qarabağ”da mənim güvəndiyim futbolçular qalıb” – Qurban Qurbanov
20:32
  "Qarabağ" - "Kəpəz" - videoicmal
20:28
  “Hakimlər diqqətli olmalıdır” - Yunis Hüseynov
19:54
  "Qarabağ" və "Sumqayıt"dan vacib qələbə
18:24
  "Allah bu 3 xalı bizə pay verdi" – Samir Abasov
18:06
  “Sumqayıt”ın qələbəsi – Video
17:37
  “Nəticə və oyundan razıyıq” – “Sumqayıt”ın məşqçisi
17:30
  “Sumqayıt” “Keşlə”dən güclüdür” - Yuri Maksimov
17:22
  "Qarabağ" - "Kəpəz" - heyətlər
16:38
  "Mançester Siti"də ciddi itki
15:38
  "Milan" 35 yaşlı qapıçı alır
14:33
  "Keşlə" - "Sumqayıt": heyətlər açıqlandı
14:12
  Kontenin əvəzinə van Qal?
13:31
  "Məni "Neftçi"yə diskə baxıb, götürməyiblər" – Lukas Qomes
12:45
  Pike yenə zədələndi
12:20
  Qvardiolanı lent taxmağa görə cəzalandıracaqlar?
11:37
  Rusiya hokkeydə çempion oldu - “Pxençxan-2018”
11:12
  “Qarabağ”dan ayrılacağının mesajını verdi
10:21
  Messidən daha iki rekord
01:56
  “Barselona”dan darmadağın - Video
01:23
  "Səbail" - "Qəbələ" - Şəkillər
01:02
  “Bavariya”dan gözlənilməz xal itkisi - Video
00:46
  Salah Premyer Liqanın tarixinə düşdü
00:22
  “Mənə demişdilər ki, Azərbaycan çempionatı gərgin keçir”
00:00
  "Neftçi" - "Zirə" - Şəkillər
  24.02.18
22:42
  "9 nömrə olmaq məsuliyyətli işdir" - Herrera
22:12
  "Liverpul" 4 qolla qalib gəldi - Video
21:40
  "Real"dan darmadağın - Video
21:10
  "Neftçi" - "Zirə" - Video
20:56
  "Bu nəticə ilə də barışmalıyıq" - Tərlan Əhmədov
20:42
  “Qəbələdəki hadisələr futbolçulara psixoloji təsir etmişdi”
19:59
  "Səbail"dən sürpriz qələbə, "Neftçi" - "Zirə" oyununda bərabərlik
19:46
  "Qarabağ" büdrədi, "Keşlə" qalib gəldi - əvəzedicilər
19:02
  "Qəbələ"dən gözlənilməz məğlubiyyət - Video
18:40
  "Saraqosa” da "Barselona”nı 5 ildə bir dəfə məğlub edir" - Samir Əliyev
18:22
  “Xal fərqinin əhəmiyyəti yoxdur, “Qarabağ” bizdən güclüdür” - Qriqorçuk
17:52
  Nazarov oynadı, komandası qalib gəldi
17:17
  "Neftçi" - "Zirə": heyətlər açıqlandı
16:32
  Qvardiola "Mançester Siti" ilə müqaviləni yeniləyir
15:38
  "Səbail" - "Qəbələ": heyətlər
15:10
  AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi
14:09
  Günün canlı oyunları - Etopaz-da
13:22
  Azərbaycanlı futbolçuların komandaları heç-heçə etdi
13:00
  Beyl "Real"dan ayrılır? - Zidan açıqladı
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore