Azərbaycan 69-cu medalını qazandı

Azərbaycan 69-cu medalını qazandı
GÜNDƏM 16 May 2017 / 12:30 3139
-  A +

Azərbaycan yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb.

Qol.az-ın məlumatına görə, yarışların 5-ci günündə ölkəmizin aktivinə ilk mükafatı Nigar Nəsirova gətirib. O, 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda  211,5 xal toplayaraq üçüncü yer çıxıb.

Gölnuş Sebqatullahi (İran) 1-ci, Afaf Elhodod (Misir) 3-cü olub.
 
Qeyd edək ki, N.Nəsirova Azərbaycan yığmasına 13-cü bürünc olmaqla 69-cu medalı qazandırıb. İdmançılarımızın hesabında 33 qızıl və 23 gümüş də var.

Daha çox


Son xəbərlər