“Qəbələ” Avroliqaya ikinci mərhələdən başlayır

“Qəbələ” Avroliqaya ikinci mərhələdən başlayır
ÖLKƏ FUTBOLU 15 May 2017 / 18:10 5770
-  A +

Avrokuboklarda iştirak edəcək bəzi komandaların mübarizəyə qoşulacağı mərhələlər dəyişib.

Qol.az-ın məlumatına görə, UEFA ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ”nin mübarizəyə I təsnifat mərhələsindən yox, II mərhələdən başlayacağını açıqlayıb.
 
Roman Qriqorçukun komandasının püşkatması zamanı səpələnmişlər sırasında olacağı da dəqiqləşib. Bu isə o deməkdir ki, təmsilçimiz nisbətən aşağı reytinqli komandalara rəqib olacaq.
 
Artıq “Qəbələ”nin iki potensial rəqibi də müəyyənləşib.

Qeyd edək ki, "Qəbələ" buna qədər Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulurdu. 
 
 
Səpələnmişlər

“Hayduk” (Xorvatiya)

“Apollon” (Kipr)

“Brondbü” (Danimarka)

“Qəbələ” (Azərbaycan)

AEK (Kipr)
 
Səpələnməmişlər

“Ostersun” (İsveç)

“Brann” (Norveç)
 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı