“Qarabağ”dan getdi, 19 qol vurdu - Hollandiyada

“Qarabağ”dan getdi, 19 qol vurdu - Hollandiyada
DÜNYA FUTBOLU 15 May 2017 / 16:20 6192
-  A +

“Qarabağ”ın sabiq hücumçusu Samuel Armenteros dünən başa çatan Hollandiya çempionatının bombardirləri siyahısına düşüb.

Qol.az-ın xəbərinə görə, “Herakles”in oyunçusu 2016/17 mövsümü yüksək liqada 19 qol vurub. Bu göstərici ilə o, Nikolay Yorqensen (“Feyenoord”, 21 qol), Rikki van Volfsvinkeldən (“Vitess, 20 qol) sonra Reze Quçanejadla (“Herenven”) birgə  bombardirlər siyahısında üçüncü yeri tutub.

Bu, isveçli futbolçunun karyerasında ən yaxşı mövsüm sayılır.

Xatırladaq ki, Armenteros 2015/16 mövsümündə “Qarabağ”da çıxış edib və 23 oyuna 7 qol vurub.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"