"Bursaspor" Dəniz Yılmazın maaşını ödədi

"Bursaspor" Dəniz Yılmazın maaşını ödədi
ÖLKƏ FUTBOLU 13 May 2017 / 11:02 3176
-  A +

"Bursaspor” millimizin futbolçusu Dəniz Yılmazın maaşını ödəyib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun prezidenti Ali Ay məlumat verib.

O, 3 futbolçudan ikisinin borcunun ödənildiyini vurğulayıb: “UEFA lisenziyasını ala bilməməyimizin bütün məsuliyyəti mənimdir. Dəniz Yılmaz və Tomaş Netsidlə bağlı öhdəlikləri yerinə yetirdik. Yalnız Bakaye Traorenin 300 min avrosu qalıb. Bu il avrokuboklara getməyəcəyimiz üçün o pulu ödəmədim. Onsuz da, o qədər pulumuz da yoxdur". 

Qeyd edək ki, Dəniz Yılmaz bir müddət əvvəl klubu FİFA-ya şikayət etməklə hədələdiyi üçün əsas komandadan uzaqlaşdırılıb.

Əlavə edək ki, "Bursaspor" sözügedən oyunçuların maaşını ödəmədiyi üçün avrokuboklarda işyirak üçün lisenziya ala bilməyib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı