"Onu 450 milyona da satmarıq" - Klopp

"Onu 450 milyona da satmarıq" - Klopp
DÜNYA FUTBOLU 12 May 2017 / 13:00 5145
-  A +

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Barselona"nın transfer siyahısında yer alan futbolçusu Filipp Koutinyo barədə açıqlama verib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, braziliyalı oyunçu üçün göndərilən heç bir təklifi qəbul etməyəcəklərini söyləyib:

"Koutinyoya görə 450 milyon avro versələr belə onu komandadan göndərməyəcəyik".

Qeyd edək ki, Koutinyo yanvarda "Liverpul"la yeni 5 illik müqavilə imzalayıb. Onun müqaviləsində satışı üçün hər hansı təzminat qiyməti yer almayıb. Bu isə o deməkdir ki, Koutinyo "Liverpul"dan ayrılmaq istəsə, klub rəhbərliyinin razılığını almalıdır.

Əlavə edək ki, "Barselona"nın Koutinyo üçün 90 milyon avro ödəməyə hazır olduğu iddia edilir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi