Topaz Premyer Liqada yenə 8 komanda

Topaz Premyer Liqada yenə 8 komanda
PREMYER LİQA 12 May 2017 / 12:39 8591
-  A +

2017/18 mövsümündə Topaz Premyer Liqasında yarışacaq komandaların sayı bəlli olub.

Qol.az-ın xəbərinə görə, yarışda son mövsümdə olduğu kimi, 8 komanda mübarizə apacaq.

Bu, AFFA-nın Lisenziya Komissiyasının mayın 12-də açıqladığı qərardan sonra bəlli olub. Qərarda bildirilib ki, yeni mövsümdə Premyer Liqada oynamaq üçün 8 kluba - "Qarabağ", "Qəbələ", “İnter”, “Zirə”, “Sumqayıt”, "Neftci" “Kəpəz” və “Səbail”ə lisenziya verilib. Yeni mövsümdən də məhz bu klubların çempionatda iştirakı gözlənilir.

Fəaliyətini “Şüvalan” adı ilə davam etdirəcək AZAL, eləcə də birinci divizion təmsilçiləri “Mil-Muğan”, MOİK,  “Turan Tovuz”, “Qaradağ-Lökbatan” və “Zaqatala”ya isə lisenziya verilməyib.

Daha çox


Son xəbərlər