Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
“Roma” Bakıya qələbə ilə gəlir - Video

Yazarlar
 Qınamayın azarkeşi, Qurban müəllim!
Aydın BAĞIROV
 Hərdən AFFA və PFL-ə yazığım gəlir
Aqil Abbas
 Futbolmuzun Nicatı naminə!
Anar Şabanoğlu
 İkinci Rəşad olmayacaq
Nurlan İBRAHİMOV
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Qarabağ" - "Sumqayıt" - Şəkillər
Top 5
"Qarabağ"dan ardıcıl 5-ci qələbə
"Zirə"dən xal itkisi, "Səbail"dən qələbə
"Real"dan gözlənilməz məğlubiyyət, "Atletiko"dan qələbə
“Qəbələ” sabiq hücumçusunu transfer etdi
Rəşad Sadıqovun 14 yaşı olanda... – Tarixin şəkli
Linklər
525ci Qəzet

"Sona qədər “Qarabağ”da qalan yalnız mən oldum"
A A A

[08.05.2017]
"Sona qədər “Qarabağ”da qalan yalnız mən oldum"

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!

O, “Qarabağ”ın rəmzi, sadiqlik simvoludur. Futbolçu karyerasına o vaxt  “Şəfəq” adlanan Ağdam təmsilçisində başlayan veteran yarımmüdafiəçi indiyə kimi doğulduğu rayonun klubundan ayrılmayıb.

Budəfəki müsahibimiz 21 il “Qarabağ”ın futbolçusu olmuş, hazırda isə klubun əvəzedici komandasında məşqçi kimi çalışan Yaşar Hüseynovdur.

Həmsöhbətimiz 1993-cü ildə "Qarabağ"a ilk çempionluq qazandıran qolun, eləcə də Ağdamda, “İmarət” stadionunda vurulan sonuncu qolun müəllifidir.

 - Gəlin, əvvəldən – futbola gəlişinizdən başlayaq.

- Uşaqlıqdan idman yarışlarında iştirak edirdim. Məşqçim Adil Nadirov məni 1980-ci ildə komandaya gətirdi. 17 yaşım var idi. O vaxt komanda “Şəfəq” adlanırdı. Rəhmətlik Allahverdi (Azərbaycanın milli qəhramanı – red.) və Eldar Bağırov qardaşları ilə birlikdə oynamışam. Hamıdan balaca mən idim. Topu həmişə mən daşıyırdım. Ancaq uşaq olsam da, mənə uşaq kimi baxmırdılar. Komandaya xeyir verirdim. 1981-ci ildə Respublika çempionatında 3-cü yeri tutduq. O vaxt çox maraqlı idi.



- Oyun üslubunuz nə ilə fərqlənirdi?

- Cərimə zərbələrini adətən mən yerinə yetirirdim. Qol ötürmələrini də mən verirdim. Əsas bu iki iş mənlik idi. Qolların çoxunu cərimə zərbəsindən vururdum. Hamı məndən ötürmə gözləyirdi. Amma çox mübarizə aparan deyildim.

“Müşfiq dedi, səni yıxan futbolçuya bir sillə vurdum...”

- Qardaşınız Müşfiq Hüseynovla uzun illər bir komandada oynamısınız. İki qardaşın bir komandada çıxış etməsinin nə kimi müsbət və mənfi tərəfləri var?

- Müşfiq hücumçu idi. Ona qol ötürmələrinin çoxunu mən verirdim (gülür). Müşfiqlə 15 il bir yerdə oynamışıq. Demək olar ki, bir yerdə oynamağımızın ancaq müsbət tərəfləri var idi.


Şəkildə solda Müşfiq Hüseynov, sağda Yaşar Hüseynov


- Meydanda da bir-birinizə qardaşlıq edirdiniz?

- Hərdən olurdu. Bu barədə bir hadisəni danışım. 1991-ci ildə SSRİ çempionatının zona yarışlarında Ukrayna komandası ilə oynayırdıq. Yağışlı hava idi. Oyun çox sərt gedirdi. Hücumların birində rəqib müdafiəçisi mənə qarşı çox kobud oynadı. Ağrıdan huşumu itirdim. Paltardəyişmə otağında ayıldım. Ayılanda gördüm ki, Müşfiq başımın üstündədir. Dedim sən burda nə gəzirsən, oyun qurtarıb ki? Dedi yox, səni yıxan futbolçuya bir sillə vurdum, “qırmızı” aldım (gülür). Bunu heç bir komanda yoldaşı eləməz. İki qardaşın bir komandada oynamasının belə məqamları da olur.
 
- İki qardaş hər ikiniz oyunu tərk etmisiniz. Bunun hesaba təsiri oldu?

- Oyunda qol vurulmadı. Yaxşı ki, uduzmadıq.

"Vidadi Rzayev dedi ki, “İmarət”in meydançasına ayaqqabılı girməyin"

- “Qarabağ” deyiləndə ilk öncə “İmarət” yada düşür. Ordakı oyunları necə xatırlayırsınız?

- “İmarət”i heç vaxt unuda bilmərəm. Ora bizim evimiz idi. 1980-ci illərdə stadiona axın başlamışdı. Ancaq əsas axın 1988-ci ildə - biz ölkə çempionu olanda başladı. Əvvəllər “İmarət”in oturacaqları az idi. 1989-cu ildə stadionu yanında bizə üçmərtəbəli baza tikdilər. Oturacaqların sayı artırıldı.  Demək olar ki, hamı bazada qalırdı. Evə getmirdik. Meydançaya da söz ola bilməzdi. Bu vaxtlar ot örtüyü çox gözəl olurdu. Bir maraqlı faktı sizə danışım. 1993-çü ildə “Turan”la kubokun yarımfinal mərhələsinin ilk oyunu idi. O vaxt “Turan”da oynayan Vidadi Rzayev oyundan əvvəl komanda yoldaşlarına dedi ki, meydançaya ayaqqablı girməyin. Ot örtüyü o qədər gözəl idi ki, tapdalamağa heyfləri gəlirdi.



- Həmin oyunda vurduğunuz qolla “Qarabağ” qələbə qazandı. Bu, həm də “İmarət”də vurulan sonuncu qol oldu.

- Bəli, mayın 12-i idi. Müharibənin qızğın vaxtları olsa da, stadion dolu idi. Əsgərlərimiz də oyuna baxırdı. Sağ tərəfdən ötürülən topu saxlamadan qapıya göndərdim. İstəməzdim ki, bu, “İmarət”də sonuncu qol olsun.

 - Ağlınıza gələrdi ki, bu, “İmarət”də son oyundur?

- Heç vaxt. Ümumiyyətlə, Ağdamın işğal olunacağını kimsə ağlına gətirməzdi.

- “Qarabağ”ın ilk dəfə çempion olduğu oyunda da qələbə qolunu siz vurmusunuz.

- O vaxt çempionatın formatı başqa cür idi. Yarımfinalda “Turan”la oynadıq. Həmin görüşdə də yeganə qolu mən vurdum. Bu qələbəbən sonra finala çıxdıq. Finalda isə Sumqayıtın “Xəzər” komandası ilə qarşıladıq. Oyun “Tofiq Bəhramov”da oldu. Həmin görüşdə də bir qol vurdum və komandamız çempion oldu. Əlbəttə ki, komandana ilk çempionluğu qazandırmaq böyük xoşbəxtlikdir. Həmin il ölkə kubokunu da qazandıq. Kubokun finalında qolu qardaşım Müşfiq vurdu.

- O vaxt “Qarabağ”da maaşlar necə verilirdi?

- 1988-ci ilə qədər maaşı klubdan almırdıq. Adımızı hansısa idarəyə yazırdılar. Adımız bir neçə işdə gedirdi. Sabit maaş yox idi.

- Siz nə qədər maaş alırdınız?

- Adımı “Məhsul” cəmiyyəti və quşçuluq fabrikinə yazmışdılar. Hərəsindən 70-80 manat alırdım. Sonra  “Şampan zavod”un direktoru Siyavuş Fərzəliyev bizə maddi dəstək verdi. Artıq maaşlarımızı “Şampan zavod”dan alırdıq. Ağdam işğal olunana qədər Siyavuş müəllim bizə köməklik göstərdi.


"Biz həssas məqamlara fikir verirdik. İndiki uşaqlar kimi deyildik"

- Karyeranızı yalnız “Qarabağ”a həsr etmisiniz. Müharibə dövründə, pulsuz-parasız oynayanda ağılınızdan başqa kluba getmək keçməyib?

- Mən bunu edə bilməzdim. Ağdam işğal olunandan sonra biz Mingəçevirdə qalırdıq. O vaxt Mingəçevirin “Kür Nur” komandası var idi. Həmin klubdan məni çağırdılar və dedilər ki, Müşfiqi də götür gəl. Bizə ev və maşın təklif etdilər. Həmin vaxt yenicə ailə qurmuşdum. Dedilər ailə vəziyyətini başa düşürük. Sənə hər şərait yaradarıq. Ancaq biz heç cür o təklfi qəbul edə bilməzdik. Çünki Ağdam işğal olunmuşdu. Komandanın dağılmasını istəmirdik. Biz belə həssas məqamlara fikir verirdik. İndiki uşaqlar kimi deyildik. 21 il "Qarabağ"da oynamışam, 16 ildi məşqçi işləyirəm. Bura mənim doğma evimdir.

- Ağdamın işğalından sonra “Qarabağ”da vəziyyət necə oldu? 

- Komandanın çətin günləri idi. Cəmi 5 futbolçu qalmışdı - mən, Müşfiq, Səttar Əliyev, Məmməd Məmməsov və  Elçin Xudadatov. Mingəçevirdə qalırdıq. “Kür Nur” komandası məşq edəndə biz də gedib qıraqda qaçırdıq. Sonra Adil Nadirov klubu dağılmağa qoymadı. Bizi də inandırdı ki, komandada hər şey düzələcək, darıxmayın. Biz də heç yerə getmədik. Ancaq sonradan Müşfiq iki il İranda oynadı. Göndərdik ki, gedib maddi durumunu düzəltsin. Mən isə 2001-ci ilə qədər “Qarabağ”da oynadım. O vaxtkı heyətdən sona qədər “Qarabağ”da qalan yalnız mən oldum. Bunu bilənlər də var, bilməyənlər də. Mən ən çox “Qarabağ”ın yaşamasına sevinirəm.

- Məşqçilik karyeranızdan razısınız?

- Futbolçunun son işi məşqçilik olur. Mən də əvəzedici komandada çalışıram. Narazılığım yoxdur. Əsas odur ki, “Qarabağ”dayam.


"Gördüm mən deyən futbolçu olmayacaq, furboldan uzaqlaşdırdım"

- Futbolda davamçınız var?

- Oğlum uşaq vaxtı 2 il “Qarabağ”ın aşağı yaş qruplarında oynadı. Sonra gördüm ki, ürəyim istəyən kimi deyil. Futbol elə bir idman növüdür ki, ya gərək yaxşı oyanayasan, ya da heç oynamayasan. Başa düşdüm ki, mən deyən futbolçu olmayacaq. Ona görə də futboldan uzaqlaşdırdım. Sonra dərsləri ilə məşğul oldu. Hazırda hərbi xidmətdədir.

Ramiq AĞAMƏMMƏDOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir



3247 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
14.09.2017  14:48 Bakının dağılan “Bakı”sı – reportaj + fotolar
11.09.2017  13:50 "Azərbaycanda iş adamları futbola nifrət edirlər" - Yaşar Seyidov
03.09.2017  10:23 “O futbolçular elə 17-18 yaşında itib-batır”
22.08.2017  14:36 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi - ikinci yazı
14.08.2017  16:00 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi
07.08.2017  13:20 “O dövrdə "Kopenhagen”lə 5 dəfə də oynasaq, qalib gələ bilməzdik”
24.07.2017  13:10 “Alim Qasımov ifası ilə bütün stadionu susdurdu” – “Qarabağ”ın tarixi oyunu
25.06.2017  09:01 Millimiz necə yarandı? – 25 il əvvələ “səyahət”
18.06.2017  14:15 “O stadiona Fuad Musayevin adı verilməlidir”
10.06.2017  13:50 "Azərbaycansayağı künc zərbəsi" necə yarandı?
04.06.2017  10:07 “Ələkbərin medalları, kubokları itib-batdı” – əfsanənin son günləri
23.05.2017  12:34 AFFA U-18 millisini yüksək liqaya necə buraxdı?
16.05.2017  12:41 Ehtiyat forması olmayan millimiz – ilk rəsmi oyunumuza “səyahət”
01.05.2017  15:05 Bütün sərvətini "Neftçi"nin yolunda qoyan və klubun unutduğu iş adamı
31.03.2017  12:52 Doğma klubunun formasında dünyasını dəyişən klub prezidenti
23.03.2017  15:35 Azərbaycan millisinin braziliyalıları
13.03.2017  11:41 Sərvətini futbolumuza fəda edən adamın kədərli həyat sonluğu
19.02.2017  11:04 “Kəpəz” AFFA-ya saxta görüntülər vermişdi, “Neftçi”nin etdiyi isə təxribat idi”
12.02.2017  12:53 Futbolumuzun legionerləri
05.02.2017  10:43 Futbolumuzun legionerləri
 
 
  23.09.17
21:56
  "Zirə"dən xal itkisi, "Səbail"dən qələbə
21:50
  "Gərək oyun olsun ki, danışasan" - Şahin Diniyev
20:54
  "Səbail" 3 xalı 1 qolla qazandı - Video
20:45
  “Çelsi”dən darmadağın - Video
20:27
  "Oyunumuzdan razı deyiləm" - Samir Əliyev
20:16
  Qurban Qurbanovun Miçelə əsəbləşdiyi anın videosu - Video
19:47
  “Roma” Bakıya qələbə ilə gəlir - Video
19:19
  "Zirə" - "İnter": heyətlər açıqlandı
18:55
  "Atletiko"nun qələbəsi - Video
18:06
  London derbisini "Tottenhem" qazandı - Video
17:25
  Bu da “İsgəndər Cavadov Bakı Futbol Akademiyası” – Şəkillər
17:05
  “Səbail” – “Kəpəz”: heyətlər
16:52
  “Atletiko” qalib gəlib 2-ci pilləyə yüksəldi
16:37
  “Qarabağ” və “Milan”la oyunlar barədə düşünürəm” – Eysebio Di Françesko
15:52
  Qınamayın azarkeşi, Qurban müəllim!
14:52
  "Çelsi" ilə oyun bizə dərs oldu" - Maksim Medvedev
13:54
  Messi hələ heç vaxt belə başlamamışdı – 5 oyuna 9 qol
13:07
  “U-21-də əsas millidə oynaya biləcək futbolçu yoxdur” – Prosineçki
12:49
  “Qarabağ” – “Roma” oyunu günorta başlayacaq – Gənclər Liqası
12:16
  “Qarabağ”ın rəqibləri bu gün
11:30
  "CBC Sport" kanalının rəhbəri evlənir - toy səfirlikdə olacaq
11:20
  "Autsayder mövqeyindən xilas olmalıyıq" - "Kəpəz"in futbolçusu
10:40
  "Səbail" yeni transferini sifariş etdi
10:20
  Millimizin sabiq üzvü Almaniyada het-trik etdi
01:57
  "Bavariya" "Volfsburq"la bacarmadı - Video
01:26
  "Monako"dan darmadağın - Video
01:15
  Trabzonda dramatik oyun
00:40
  Nazarov oynadı, "Aue" qalib gəldi
00:01
  “Bavariya” qələbəni əldən verdi
  22.09.17
22:49
  "Qarabağ" - "Sumqayıt" - Şəkillər
22:15
  "Mən "qara siyahı"nın nə olduğunu bilmirəm "- Miçel
22:01
  "Qarabağ"dan 4 qol - Video
21:35
  "Çempionatımızın səviyyəsi aşağı düşüb" - Qurban Qurbanov
21:27
  "O, buraxdığı səhvə görə cavab verəcək" - Samir Abasov
20:54
  "Qarabağ"dan ardıcıl 5-ci qələbə
20:36
  Voleybolçularımız Avropa çempionatına qələbə ilə başladı
20:15
  Buffon, Navas, yoxsa Noyer?
19:52
  Neymar oynamayacaq
19:19
  "Kəpəz"in futbolçusunun zədəsi sağaldı
18:41
  Zidan, Konte, Alleqri - ilin ən yaxşı məşqçisi adına namizədlər
18:23
  "Qarabağ" - "Sumqayıt": heyətlər
17:55
  Marselonun zədəsi ciddidir - 1 ay oynamayacaq
17:35
  İlin ən yaxşı futbolçusu adına 3 namizəd
17:04
  Handanoviç "İnter"də qalır
16:33
  "Qara bazar"a son zərbə
16:06
  Hərdən AFFA və PFL-ə yazığım gəlir
15:35
  “Artıq "Real”da oynamağı arzulamıram" - Obameyanq
15:00
  Avroliqanın kuboku Bakıda - Momanidən karikatura
14:42
  "Rauf Əliyevi ulduz futbolçu kimi almamışıq" - baş məşqçi
14:26
  Almaniya klubunun bazasında bomba tapıldı
13:56
  Etopaz-da 41 canlı oyun
13:30
  “Bir-birimizi gözüyumulu başa düşürük” - Nazarov
13:00
  Neymar üzr istədi
12:40
  Superliqa klubunda yeni baş məşqçi
12:04
  Aqollinin sabiq baş məşqçisi La Liqa klubunda
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore