Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Kəpəz"də ilk ayrılıq - rəsmi

Yazarlar
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Bir az dərindən düşünsək...
Şakir YAQUBOV
 Altay Əliyevin 40 yaşına…
Aydın BAĞIROV
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
Fotoreportaj
Bütün 
Avroliqanın finalından maraqlı şəkillər
Top 5
"Neftçi" Avroliqada, "Zirə" 4-cü yeri tutdu
"Real" azarkeşləri final biletlərini geri qaytarır
İngiltərə kubokunu "Çelsi" qazandı
"Mançester Siti"dən İnyestaya gözlənilməz təklif
Şeydayev "Zenit"ə daha 40 min qazandırdı
Linklər
525ci Qəzet

“Ev oyunlarımızı AZAL-ın stadionunda keçirməyəcəyik” – Ayxan Abbasov
A A A

[04.05.2017]
“Ev oyunlarımızı AZAL-ın stadionunda keçirməyəcəyik” – <b style="color:red">Ayxan Abbasov</b>

"Zirə"nin baş məşqçisi Ayxan Abbasovun Qol.az saytına müsahibəsi

- AZAL klubu dünən ləğv olunduğunu açıqladı. Əvvəlcə buna münasibətinizi bilmək istərdik.

- AZAL-ın dağılması mənə də pis təsir etdi. Heç kim istəməz ki, hansısa klubumuz fəaliyyətini dayandırsın.

- Klub bəyanat yayıb ki, "Zirə"yə maddi-texniki dəstək veriləcək. AZAL-ın infrastrukturundan necə istifadə edəcəksiniz?

- Bəli, iki klubun rəhbərliyi arasında görüş keçirildi. Qərara gəldilər ki, onlar bizə dəstək versinlər. Baza və stadionlarını bizə verdilər. Bu yöndə bizə kömək edəcəklər. Sağ olsunlar. Bildiyiniz kimi, bazamız yox idi. Bu sarıdan çətinlik çəkirdik. AZAL-ın bazasından və stadionundan istifadə edəcəyik.

- Ev oyunlarını "AZAL Arena"da keçirə bilərsiniz?

- Hələ orda oyun keçirməyi düşünmürük. Məşqlər ola bilər. Oranın süni ot örtüyü elə də yaxşı vəziyyətdə deyil. Ancaq akademiyamızın futbolçuları istifadə edə bilər. Gələcəkdə nə olacaq, onu deyə bilmərəm. Bu gün üçün planımız odur ki, ev oyunlarımızı öz stadionumuzda keçirəcəyik.

- AZAL-ın futbolçularından heyətə cəlb etmək istədikləriniz var?

- AZAL klubunun fəaliyyətini dayandırması haqda qərar anidən verildiyi üçün bu barədə düşünməmişdik. Bildiyimə görə, futbolçularının 90 faizi ilə müqavilələri başa çatır. Bəyəndiyimiz futbolçu olsa, komandaya cəlb edəcəyik. İki futbolçu var ki, onlardan istifadə edə bilərik. Adlarını açıqlamağım düzgün olmaz.

- Qışda "Zirə"yə baş məşqçi təyin olundunuz. Nəticə göz qabağındadır. Bəs komandanı istədiyiniz istiqamətdə apara bilirsiniz?

- Qış fasiləsindən sonra komandamız əzmkar oyun nümayiş etdirdi. Ardıcıl xallar qazandıq. Ümumiyyətlə, “Zirə” həmişə əzmkarlığı ilə seçilib. Uğurlu mövsüm keçirdiyimizi deyə bilərəm. Döyüşkən komanda yaratmaq istəyirdik ki, buna da nail olduq. Dördüncü yer pis nəticə deyil.

- Bundan artığını edə bilərdiniz?

- Bizdən yuxarıda olan komandalara fikir verin. “Qarabağ” və “Qəbələ”yə çatacağımız inandırıcı deyildi. Çünki onlar hərtərəfli bizdən güclüdür. “İnter”ə gəldikdə isə bu komanda ilə mübarizə aparmaq olardı. Hər halda əlimizdən gələni etdik ki, daha yuxarı pillələrdə olaq. Avrokuboklara düşməyə çalışırdıq. Şükürlər olsun ki, bunu bacardıq. İlk  oyunlardan çalışdıq ki, futbolçular özlərinə güvənsinlər və rəhbərlik, məşqçilər, eləcə də azarkeşlər komandaya inansınlar. Bunu da bacardıq. Bundan artığını etmək üçün isə vaxtımız olmadı.

- "Zirə" ilk dəfə Avropa Liqasına vəsiqə qazandı. Avropa təcrübəsinin olmaması komandaya mane olacaq?

- Bəli, “Zirə” gənc klubdur, 3 ildir yaranıb. Təcrübəsizliyə görə müəyyən çətinliklərimiz olacaq. Gəlin, reallığı deyək. Bu gün avrokuboklarda təcrübəsi olan komandalarımız da bəzən ilk turda mübarizəni dayandırır. Deməli, bizim üçün də çox çətin olacaq. Ancaq bu, bizim üçün bir təcrübədir. “Zirə” Avropa təcrübəsi qazanmağa başlayacaq. Çalışacağıq ki, Azərbaycanı yaxşı təmsil edək.

- Üç futbolçu ilə yolları ayırdınız. Başqa göndərilənlər olacaq?

- Futbolçuların hamısı ilə danışacağıq. Bəli, gedənlər olacaq. Yaxın bir həftə ərzində hər şeyə aydınlıq gələcək.

- Cavid Tağıyev “Zirə”dən ayrıldığını açıqlayıb.

- Cavidin komandada qalıb-qalmayacağı hələ dəqiq bilinmir. O, daha çox oynamaq istəyir. Son vaxtlar az şans qazanırdı. Biz başqa sistemlə oynadığımıza görə ona çətin olur. Cavidin bizimlə müqaviləsi var. Onun məsələsinə yaxın günlərdə aydınlıq gələcək.

- Kapitan Elvin Məmmədovun müqaviləsi başa çatır?

- Bəli, artıq müqaviləsi bitir. Biz onunla söhbət etmişik. Komandada qalacaq. Bir həftədən sonra klubun büdcəsi açıqlanacaq. Ondan sonra digər futbolçularımızla da danışıqlarımız olacaq.




- Avroliqada uğurlu çıxış etmək üçün yeni transferlər etməyi düşünürsünüz?

- Əlbəttə, həm yerli, həm də legioner futbolçularla maraqlanırıq. Əsas odur ki, istədiyimiz futbolçunu tapaq.

- Hər transfer pəncərəsi açılanda sabiq hücumçunuz Nelson Bonillanın adı "Zirə" ilə hallanır. Onu yenidən komandada görmək istərdiniz?

- Xeyr. Biz onunla maraqlanmırıq. Bizim futbolçumuz Riçard Qadze Bonilla tipli hücumçudur. Ona görə də bizə başqa cür hücumçu lazımdır.

Ramiq AĞAMƏMMƏDOV

4526 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
17.05.2018  14:39 “Bizim qanımızda oyun alıb-satmaq yoxdu” – Tahir Gözəl
10.05.2018  13:47 “Mən futbolçunun saqqal saxlaması, namaz qılması haqda fikirləşməli deyiləm” – Qurban Qurbanov
07.05.2018  13:44 “Futbolçularımızın əksəriyyətindən ciddi narahat və narazıyam” – Qurban Qurbanov
01.05.2018  16:18 "Turan Tovuz" Premyer Liqaya buraxılsa, çempionata rəng qatar"
25.04.2018  10:50 “55 yaş artıq baba yaşıdır” – Ramin Musayev
24.04.2018  11:55 "Necə büdcə ayıracaqlarsa, elə də komanda yığacam" - Yunis Hüseynov
17.04.2018  16:06 "Rəhbərlik dedi ki, arxandayıq" - Ayxan Abbasov
08.04.2018  23:37 "Əvvəl daha inamsız oynayırdım" – Namiq Ələsgərov
06.04.2018  14:57 “Əvvəl Zaur Tağızadəylə məni hədələdi, sonra da milliyə çağırmadı” – İlqar Qurbanov
05.04.2018  17:56 "Maaş yubanmasının niyə dramatikləşdirildiyini bilmirəm"
05.04.2018  12:29 "Biz Ruslanla düşmən deyilik" - Riçard Qadze
04.04.2018  15:10 "Sumqayıt"a Avroliqa yaraşır" - Rail Məlikov
03.04.2018  11:58 "Kimdəsə günah axtarmaq lazım deyil" - Anar Nəzirov
02.04.2018  00:00 “Yox, paxıl deyiləm” - Pərdis Fərcad-Azad
30.03.2018  15:45 “Yenidən millidə oynamaq üçün “Qəbələ”ni seçdim” – Rauf Əliyev
24.03.2018  01:31 "Zamana ehtiyacımız var" – Namiq Ələskərov
24.03.2018  01:04 "Uduzmuşuqsa, Qurban müəllimin iradı olacaq" – Kamran Ağayev
24.03.2018  00:13 "Qurban Qurbanovun istədiyi oyunu göstərə bilmirik"
21.03.2018  00:16 "Belə oyunçu diqqətimizdən kənarda qala bilməz" - Rəşad Sadıqov
20.03.2018  12:40 "Məni AFFA-ya Qurban Qurbanov məsləhət görüb"
 
 
  21.05.18
16:25
  Nainqqolan millidən getdi
15:56
  İspaniyanın mundial üçün yekun heyəti
15:40
  Konte qalsa, Villian gedəcək
15:22
  "Bürünc"ü öz əlimizlə "Neftçi"yə hədiyyə etdik" - Anar Nəzirov
14:54
  Dario Federiko "Neftçi"yə keçir?
14:30
  Argentinanın heyəti – bombardir kənarda qaldı
13:55
  Emeri "Arsenal"ı çalışdıra bilər
13:40
  "Kəpəz"də ilk ayrılıq - rəsmi
13:22
  Fellaini “Milan”a keçir
13:04
  "Kəpəz" Premyer Liqada qala bilər" - İsgəndər Cavadov
12:48
  Pedro Enrikeyə 4 ölkədən təklif var
12:36
  Sabiq “Qarabağ”lı əla qol vurub tribunaya qalxdı – Video
12:17
  Messidən Qrizmann açıqlaması: "O, mənim xoşuma gəlir"
12:00
  Günün canlı oyunları - Etopaz-da
11:34
  Rüfət Dadaşov sıraya döndü
11:27
  ÇL-in qrupunda birbaşa oynayacaq 26 komanda – “Qarabağ” nə vaxt başlayır?
11:00
  "Qarabağ" "Qəbələ"yə qarşı - Yenilənir
10:30
  Millimizə 25 futbolçu çağırıldı
10:05
  “Qəbələ” - “Qarabağ” oyunu canlı yayımda
09:45
  "Qızıl buts"un sahibi müəyyələşdi
02:29
  "İnter"dən vacib qələbə - Video
02:09
  "Barselona" mövsümü qələbə ilə başa vurdu
01:41
  Azərbaycanlı futbolçu Kosovo çempionu oldu
01:10
  "İnter" Çempionlar Liqasında!
00:43
  "Sumqayıt" - "Zirə" - Şəkillər
00:05
  "Keşlə"nin qələbəsi - Video
  20.05.18
22:30
  Rusiyanın ən yaxşı oyunçusu müəyyənləşdi
21:45
  "Dediklərimi etmirdi, ona görə əvəzlədim" – Yuri Maksimov
21:30
  “Azərbaycanla matçda ancaq qələbə üçün oynayacağıq”
20:52
  "Neftçi" ilə oyundan sonra getmək istəyirdim" – Ayxan Abbasov
20:35
  "İstənilən halda baş məşqçinin arxasındayıq" – "Zirə"nin prezidenti
20:30
  "Neftçi" Gəncədə belə qələbə qazandı - Video
20:18
  “Bəli, təklif göndərən klublar var” – Samir Abasov
20:08
  "Kəpəz"ə bir il də şans versələr, yaxşı olar” – Yunis Hüseynov
19:54
  “Zirə”dən mühüm qələbə - Video
19:50
  "Onu yanıma çağırıb, üzr istədim" – Tərlan Əhmədov
19:27
  Samir Abasov istefa verdi - "Belə şərtlərlə işləyə bilmərəm"
19:09
  "Neftçi" Avroliqada, "Zirə" 4-cü yeri tutdu
18:30
  Abramoviç Britaniyaya gedə bilmir – viza verilmir
17:44
  Gəncəli azarkeşlərdən AFFA-ya etiraz
17:35
  “Barselona”dan Qrizmanna 5 illik müqavilə - razılığa gəldilər
17:05
  “Səbail” – “Keşlə” - heyətlər
16:50
  “Kəpəz” – “Neftçi” – heyətlər
16:35
  “Sumqayıt” – “Zirə” - heyətlər açıqlandı
16:27
  Benites Torresi istəyir
16:16
  Simeone: “Qarabağ”la oyunlardan sonra...”
15:36
  "Salah fantastik mövsüm keçirdi, Ronaldo isə bunu 15 dəfə edib"
14:53
  "Borussiya"yanı çalışdırmaq üçün istefa verdi
14:01
  Portuqaliya millisinin üzvü "Lester"də - rəsmi
13:34
  PSJ-nin prezidentindən Buffon açıqlaması
12:49
  Superkubok oyununun vaxtı açıqlandı – İngiltərədə
12:10
  Rəşad Sadıqov yığmanın heyətini açıqladı
11:47
  "Real" azarkeşləri final biletlərini geri qaytarır
11:25
  Avropa çempionatında daha bir medal
10:05
  Qrizmannın əvəzinə Vardi?
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore