Millimizin etiraz doğuran Kipr səfəri – Tarixin şəkli

Millimizin etiraz doğuran Kipr səfəri – Tarixin şəkli
TARİXİN ŞƏKLİ 1 May 2017 / 12:26 8605
-  A +

1999-cu il.

Azərbaycan millisi təlim-məşq toplanışı üçün yunan Kiprinə gedib. Bu şəkil də elə o toplanış zamanı çəkilib.

Məlum, yunan Kiprinin müstəqilliyi qardaş Türkiyə Cümhuriyyəti tərəfindən bugünə qədər tanınmayıb. Bu səbəbdən millimizin ora yola düşməsinə rəsmi Ankara rəsmi şəkildə etiraz etmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi də o vaxt Fuad Musayevin prezidenti olduğu AFFA-nın atdığı bu addımdan narazılığını bildirmişdi.

Şəkildə yuxarı cərgədə soldan sağa: Arif Əsədov, Vadim Vasilyev, Emin Ağayev, Tərlan Əhmədov, İqor Getman, Mahmud Qurbanov, Samir Xairov, Bəxtiyar Musayev, Hüseyn Məhəmmədov

Şəkildə orta cərgədə soldan sağa: Qurban Qurbanov, ***, Əsgər Abdullayev (məşqçi), Fuad Musayev (AFFA-nın prezidenti), Əhməd Ələsgərov (baş məşqçi), Cingiz İsmayılov (AFFA-nın baş katibi), Boris Xetaqurov (millinin baş həkimi), Kamran İsmayılov (inzibatçı)

Şəkildə aşağı cərgədə soldan sağa: Elxan Həsənov, İlham Məmmədov, Rüfət Quliyev, Aslan Kərimov, Vidadi Rzayev, Elşən Qəmbərov, Mirbağır İsayev, Zaur Tağızadə, İlham Yadullayev

Şəkil millinin o vaxtkı həkimi Boris Xetaqurovun arxivindən götürülüb.



Daha çox


Son xəbərlər