“Qəbələ” evdə, “Qarabağ” səfərdə

“Qəbələ” evdə, “Qarabağ” səfərdə
PREMYER LİQA 1 May 2017 / 10:47 7219
-  A +

Topaz Premyer Liqasında 2016-2017-ci illər mövsümünün ən yaxşı ev və səfər komandaları müəyyənləşib.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, öz meydanında məğlub olmayan yeganə klub “Qəbələ” olub. “Qırmızı-qaralar” evdə hamıdan çox – 36 xal toplayıb. Bu göstəricidə “Qarabağ” 2-ci, “Kəpəz” 3-cü olub.

Məhsuldarlıqda “Qəbələ” qapısının etibarlılığında “Kəpəz” hamıdan öndə qərarlaşıb. Yeganə qələbəsini səfərdə qazanan AZAL öz meydanında qalib gəlməyib və ən zəif komanda olub.

Ardıcıl 4-cü dəfə çempion tituluna yiyələnən “Qarabağ” rəqib meydanlarında hamıdan güclü olub. Buradakı bütün göstəricilərdə öndə qərarlaşan əyalət klubu səfərdə 29 xal qazanıb. “İnter” 2-ci, “Qəbələ” 3-cü olub.

Daha çox


Son xəbərlər