La Liqaya vəsiqə qazandılar

La Liqaya vəsiqə qazandılar
GÜNDƏM 30 Aprel 2017 / 19:57 6956
-  A +

Növbəti mövsüm üçün La Liqaya yüksələn ilk klubun adı məlum olub.

Qol.az-ın məlumatına görə, İspaniya ikinci liqasının 36-ci turunda öz meydanında “Real Ovyedo”nu 1:0 hesabı ilə məğlub edən “Levante”  La Liqada oynamaq hüququ qazanıb.

Turnir cədvəlində 77 xalla lider olan komanda 3-cü pillə ilə xal fərqini 19-a çatdırıb və çempionatın sonuna 6 tur qalmış La Liqaya vəsiqəni təmin edib.

Qeyd edək ki, “Levante” tarixində 6-cı dəfədir ki, yüksək liqada oynayacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord