“Bəzi futbolçularımızla danışıq aparırıq” – Əmrah Çəlikəl

“Bəzi futbolçularımızla danışıq aparırıq” –  Əmrah Çəlikəl
ÖLKƏ FUTBOLU 30 Aprel 2017 / 12:50 4449
-  A +

"Qarabağ"ın son illərdə uğurlarında Qurban Qurbanovun baş məşqçisi olduğu komanda kimi rəhbərliyin də böyük rolu var. Bu sırada əsas zəhməti olan biri də klubun baş direktoru Əmrah Çəlikəldi. Ardıcıl 4-cü çempionluq sevinci yaşayan türkiyəli futbol funksioneri 3-cü "qızıl dubl"un intizarındadı. Çəlikəl Sport24.az-a müsahibəsində başa çatan çempionat və cari mövsümə yekun vuracaq "Qəbələ" ilə final matçı haqda danışıb.

Qol.az saytı müsahibəni təqdim edir


- “Qarabağ”ın həm əsas, həm də əvəzedici komandası cari mövsümü çempion başa vurdu...

- Əlbəttə ki, çox sevincliyik. Amma bu, eyni zamanda bizə daha böyük məsuliyyət yükləyir. 3 ildir ki Çempionlar Liqasının qrup mərhələsinə düşmək istəyi ilə yaşayırıq. Bu il yenə əlimizdən gələni edəcəyik ki, əvvəlkinə nisbətən daha yaxşı oyun göstərək.

- Növbəti mövsüm üçün komandada necə dəyişikliklər olacaq?

- Adətən bu haqda fikir bildirmirik, heç fikirləşmirik də. Bu səlahiyyət, tamamilə, baş məşqçimiz Qurban Qurbanov və onun köməkçilərindədir. Qurban müəllim kimləri komandada görmək istəyirsə, biz bu yöndə ona ancaq kömək edə bilərik.

- Qarşıda "Qəbələ" ilə Naxçıvanda ölkə kubokunun final oyunu gəlir. Bundan əvvəl vitse-prezidentiniz Tahir Gözəllə də danışmışdıq və o klubun hesabına Naxçıvana azarkeş aparılmayacağını demişdi. Lakin artıq məlumdu ki, “Qəbələ” Naxçıvana azarkeş aparacaq…

- Əlbəttə ki, bizim də sadiq azarkeş qruplarımız var. Onlara mümkün qədər köməklik edəcəyik ki, gəlib bizi dəstəkləsinlər. Ancaq əlbəttə ki, hər istəyəni oraya apara bilmərik. Belə bir imkanımız, şansımız da yoxdu. Lakin müəyyən dəstəyimiz olacaq.

- Bəs həmin oyun barədə nə düşünürsünüz?

- Maraqlı səfər, maraqlı oyun olacaq. Nəticə də bizim üçün böyük maraq kəsb edir. Əlbəttə, biz də “Qəbələ” də əlimizdən gələni edəcəyik ki, müsbət nəticə qazanaq. Naxşıvanda yaxşı oyun gözləyirəm.

- Necə düşünürsünüz, Naxçıvanda matçın günorta keçirilməsi və qazon kimi amillər oyununuza təsir göstərə bilərmi?

- Hesab edirəm ki, nə təsir göstərəcəksə, iki tərəfə də eyni olacaq. Bu baxımdan şanslar bərabərdi.

- Müqaviləsi başa çatan futbolçularla danışıqlar olub?

- Bir neçə futbolçu ilə görüşmüşük. Danışıqlar hələ də davam edir. Mövsüm tam bitməmiş bu barədə danışmaq həm futbolçuların mötivasiyasına təsir edə bilər, həm bizi yayındırar. Hazırda kubokun finalı düşünülməlidir və biz də elə edirik.

- Çempionatı 8 komanda ilə başa vurdunuz. Komandaların azlığı nəticəsində yaranan rəbatətsizlik kimi amillər “Qarabağ”ın avrokubok oyunlarına mənfi təsir göstərə bilər?

- Əlbəttə, biz də 10 komanda olmasını istərdik. Bildiyimə görə, bu yöndə işlər gedir. Növbəti mövsüm Premyer Liqada 10 komanda olması gözlənilir. Ancaq çempionat geridə qaldı. Maraqlı yarış idi. Deməzdim ki, tək rəqibimiz “Qəbələ” idi. Digər rəqiblərlə oyunlarda heç-heçələrimiz, məğlubiyyətlərimiz oldu. Çətin çempionluq qazandıq. Hamını təbrik edirəm.

- Sizcə, “Qarabağ” əsasən hansı amillərdə “Qəbələ”ni üstələdi?

- İstək, əzimkarlıq ola bilər. Bu məsələlər texniki cəhətdən olduğuna görə çox da fikir bildirmirəm. “Qarabağ” hamıda üstün oldusa, deməli, nələrisə bacardı. Meydanda, oyunda üstün olduq ki, biz qalib gəldik.

- Rəqibiniz mövsümü titulla başa vurmayıb. Kubok "Qəbələ"nin son şansıdı. Sizcə, bu amil psixoloji basqı baxımından oyuna təsir edə bilərmi? Siz rahat oynayacaqsınız, ya necə?

- Biz mötivasiyamızı itirməsək, rahat oynamayacağıq. Rahat oynamaq üçün bir səbəb də yoxdur. Çünki kubok fərqli turnirdi və hələ ki, bu yarışı başa vurmamışıq. Futbolçular əllərindən gələni edəcəklər. Ümid edirəm ki, yaxşı nəticə qazanacağıq.

- Braziliyalı futbolçunuz Riçard Almeydanın millimizin heyətində Şimali İrlandiya qarşı oynayacağı gözlənilir. Ümumiyyətlə, bu barədə məlumatınız varmı, oynayacağı təsdiqlənibmi?

- Biz fəxr edirik ki, belə bir futbolçumuz var və Almeyda Azərbaycan millisində oynayacaq. Açığı, hazırda məsələnin nə yerdə olmasından, oynayıb-oynamayacağından xəbərim yoxdu. Ümid edirəm ki, Riçard milliyə faydalı olar. Ona uğurlar arzulayıram. 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı