Emin oynadı, komandası qalib gəldi

Emin oynadı, komandası qalib gəldi
XƏBƏR 29 Aprel 2017 / 22:26 4208
-  A +

Millimizin futbolçusu Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" Portuqaliya çempionatında növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, komanda 31-ci turda "Tondela"nı qəbul edib. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb- 1:0.

"Boavişta" - "Tondela" - 1:0
Qol:
Yuri Medeiros, 66

Millimizin futbolçusu Emin Mahmudov oyuna ehtiyat oyunçular skamyasında başlasa da, 61-ci dəqiqədə meydana daxil olub. O, Anderson Karvalyonu əvəzləyib.

Qeyd edək ki, "Boavişta" 31 turdan sonra 38 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın