10 ildən sonra Premyer Liqanı tərk etdilər

10 ildən sonra Premyer Liqanı tərk etdilər
DÜNYA FUTBOLU 29 Aprel 2017 / 22:15 7280
-  A +

İngiltərə Premyer Liqasını tərk edən ilk komanda müəyyənləşib.

Qol.az-ın məlumatına görə, bu "Sanderlend"dir.

Ölkə çempionatının 34-cü turunda doğma meydanda "Bornmut"a uduzan Devid Moyesin komandasının son 4 turun nəticəsindən asılı olmayaraq yarışı son 3 pillədən birində başa vuracağı dəqiqləşib. Bununla da "Sanderlend" 10 ildən sonra elita ilə vidalaşıb.

Qeyd edək ki, "Sanderlend" hazırda 21 xalla turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb.

Əlavə edək ki, Premyer Liqanı son 3 pillədə başa vuran komandalar çempionşipə düşür.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord