Ronaldodan antirekord

Ronaldodan antirekord
XƏBƏR 29 Aprel 2017 / 21:31 6588
-  A +

"Real"ın futbolçusu Kriştiano Ronaldo antirekorda imza atıb.

Qol.az-ın məlumatına görə, portuqaliyalı hücumçu La Liqanın 35-ci turunda "Valensiya"ya qarşı matçın (2:1) 57-ci dəqiqəsində penaltini düzgün yerinə yetirə bilməyib. Bununla da onun ölkə çempionatında qaçırdığı penaltilərin sayı 10-a çatıb.

Bu nəticə ilə Ronaldo klub tarixində La Liqada ən çox penalti düzgün yerinə yetirə bilməyən futbolçu olub.

Qeyd edək ki, bundan əvvəlki antirekord Hüqo Sançesə məxsus idi. O, 1985-1992-ci illərdə 9 penaltini düzgün yerinə yetirməyib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı