“Qarşımıza qoyulan məqsədə çatdıq” - Ayxan Abbasov

“Qarşımıza qoyulan məqsədə çatdıq” - Ayxan Abbasov
ÖLKƏ FUTBOLU 29 Aprel 2017 / 19:25 2659
-  A +

“AZAL-a və Tərlan Əhmədova uğurlar arzu edirəm. Çempionatın son matçı idi. Avrokuboklar uğrunda son ana kimi mübarizə getdi. Buna hazır idik. İstədiyimizə nail olduq”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının sonuncu turunda səfərdə  AZAL-ı 3-0 hesabı ilə qalib gəldikləri oyundan sonra  deyib.
Jurnalistlərin suallarını cavablandıran A. Abbasov ilk olaraq qələbəni şərh edib.

- Rəhbərlik bizə hər cür şərait yaratmışdı. Onların etimadını doğrultmağa çalışdıq. Ağır oyunlar oldu. Sevinirik ki, cəmi 2 oyunda məğlub olduq. Döyüşkən komanda yaratmaq istəyirdik, buna da nail olduq bildik. Qarşımıza qoyulan məqsədə çatdıq. Hələ böyük iş görməmişik, Azərbaycanı yaxşı təmsil etməyə çalışacağıq.

- Hazırkı büdcə avrokuboklarda uğurlu çıxış etmək üçün yetərli olacaq?
 
- Bu oyuna köklənmişdik. Avropa arenasında uğurlu çıxış etmək üçün daha da güclənmək lazımdır. Bunu həm də növbəti çempionata aid etmək olar. Çalışacağıq ki, yeni transferlər olsun.

- Ən çox hansı mövqeyə oyunçu transfer etmək istəyirsiniz?

- İlboyu komandamızda rəqabət var idi. Amma bəzi mövqelərə 2 oyunçumuzun olmasını istəyirik. Məşqçilərlə son 6 ayı təhlil edib, qərara gələcəyik. Hər mövqeyə yeni oyunçu alınmasına ehtiyac var.

 - Təmkin Xəlilzadəyə iddialı klublardan təklif var...

- Hamının Təmkindən danışması sevindiricidir. Onunla iki gündür söhbət edirəm ki, təkliflər onu aldatmasın. Bu gün ona oynamaq lazımdır. Çalışacağıq ki, komandada saxlayaq, amma son sözü özü deyəcək.

Daha çox


Son xəbərlər