"11 qolla bombardirlik gülməli göstəricidir" - Qriqorçuk

"11 qolla bombardirlik gülməli göstəricidir" - Qriqorçuk
ÖLKƏ FUTBOLU 29 Aprel 2017 / 18:22 4503
-  A +

"Yaxşı ki, bu turadək hər şeyə aydınlıq gəldi. Biz də komandamızın hansı yeri tutacağını bildik. Bunun sayəsində "Sumqayıt"a qarşı ehtiyat oyunçuları buraxaraq, əsas futbolçuları "Qarabağ"la final matçına saxladıq".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın sonuncu turunda  səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Ukraynalı mütəxəssis bombardir olma şansına malik Filip Ozobiçi meydana buraxmamağının səbəbi haqda da danışıb:

"İlk növbədə Ozobiçi yox, komandanın oyununu düşünürük. Digər tərəfdən, bombardir üçün 11 qol gülməli göstəricidir. Bu barədə deyiləcək bir söz yoxdur. İstəməzdim ki, mənim oyunçum bu qədər qolla siyahıda birinci olsun".

Onun sözlərinə görə, indiyədək 27 oyun keçirsələr də, 142 qol vəziyyətindən yararlana bilməyiblər:

"Bunlar konkret real imkanlar idi. Ozobiçin özünə gəldikdə, o, imkanlarının 1/3-dən yararlansaydı, bombardirlər siyahısında göstəricisi çox böyük olardı".

Daha çox


Son xəbərlər