"Zirə" Avroliqada

"Zirə" Avroliqada
XƏBƏR 29 Aprel 2017 / 17:58 2975
-  A +

Topaz Premyer Liqada Avroliqaya vəsiqə qazanan sonuncu komanda da müəyyənləşib.

Qol.az-ın məlumatına görə, bu, Bakının "Zirə" klubudur. Son turda AZAL-a 3:0 hesabı ilə qalib gələn Ayxan Abbasovun komandası turniri 4-cü pillədə başa vurub. Bununla da "Zirə" növbəti mövsüm üçün Avroliqaya vəsiqə qazanıb.

"Zirə" bu yarışa vəsiqəni öncədən təmin edən “Qəbələ” və “İnter”lə birlikdə mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.

Ardıcıl 4-cü dəfə Azərbaycan çempionu olan “Qarabağ” isə Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında mübarizə aparacaq. Təmsilçimiz yarışa II təsnifat mərhələsindən qoşulacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın