İkiqat çempionluq: tarixdə 2-ci dəfə

İkiqat çempionluq: tarixdə 2-ci dəfə
XƏBƏR 29 Aprel 2017 / 17:23 3909
-  A +

Topaz Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətlərinin yarışında  Azərbaycan çempionatının mükafatçıları bəlli olub.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, 28-ci turun ilk oyun günündən sonra “Qarabağ” qızıl, “Qəbələ” gümüş medal qazanıb. Son turadək 3-cü yeri tutması rəsmiləşən “Neftçi” bürünc mükafatçı olub.

İlk dəfə 1997/98 mövsümündə keçirilən və yalnız PFL yaradıldıqdan sonra 2008/09 mövsümündən bərpa olunan yarış 10-cu dəfə təşkil edilib. İndiyədək yalnız 1 dəfə - 2009/10 mövsümündə çempion olan “Qarabağ” tarixində 2-ci dəfə qızıl medallara yiyələnib. Lakin bu dəfəki çempionluq həm də əsas komandanın uğuru ilə üst-üstə düşüb. Belə ki, “Qarabağ” həm Premyer Liqa, həm əvəzedicilərin yarışında ən yaxşı olub. Bunadək tarixdə yalnız bir dəfə - 2011/12 mövsümündə belə hal yaşanmış, “Neftçi” həm əsas, həm əvəzedicilərlə 1-ci olmuşdu. Ümumilikdə isə “Qarabağ” 2-si qızıl, 2-si gümüş olmaqla 4-cü mükafatını əldə edib.

Ötən mövsümün çempionu “Qəbələ” 3-cü dəfə gümüşə yiyələnib. 2 bürüncü də olan “qırmızı-qaralar” ümumilikdə 6-cı dəfə mükafatçılar sırasında yer alıb.

6-cı dəfə “üçlük”də qərarlaşan “Neftçi” 3-cü dəfə bürünc medala yiyələnib. Bakılıların 2 qızıl və 1 gümüş mükafatı da var.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın