Dəniz Aytəkinə yüksək təyinat – finalı idarə edəcək

Dəniz Aytəkinə yüksək təyinat – finalı idarə edəcək
GÜNDƏM 29 Aprel 2017 / 13:56 5632
-  A +

Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona”  - PSJ matçının hakimi olan və çıxardığı mübahisəli qərarlarla gündəmə gələn türkəsilli Dəniz Aytekinə yüksək təyinat verilib.

Qol.az-ın “Kicker”ə istinadən yaydığı xəbərə görə, o, Almaniya kubokunun final matçını idarə edəcək.

“Ayntraxt” və Dortmund “Borussiya”sı arasındakı bu görüş mayın 27-də keçiriləcək.

Qeyd edək ki, “Barselona”  - PSJ matçından sonra bəzi KİV-lərdə Aytəkinin bundan sonra yüksək səviyyəli oyunlara təyinat almayacağı bildirilirdi.

38 yaşlı hakim Almaniya Futbol İttifaqının onunla bağlı qərarından sevindiyini deyib: "Bu matçı idarə etmək mənim üçün böyük şərəfdir. Həmin oyun mənim karyeramda mühüm yer tutacaq".

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi