“Barselona”nın oyunçusu “Real”a keçə bilər

“Barselona”nın oyunçusu “Real”a keçə bilər
XƏBƏR 29 Aprel 2017 / 13:30 4757
-  A +

“Real” yayda “Barselona” akademiyasının yetirməsi olan Mark Kukurelyanı transfer edə bilər.

Qol.az-ın “Don Balon”a istinadən yaydığı xəbərə görə, 18 yaşlı futbolçu yayda Kataloniya klubu ilə başa çatacaq müqavilənin müddətini uzatmamaq qərarı verib. Gənc müdafiəçinin bu addımı atmasına səbəb kimi əsas komandaya cəlb edilməməsi göstərilir.

Qeyd edilib ki, “Real”ın nümayəndələri Mark Kukurelyanın həm özü, həm də menecerləri ilə razılığa gəlib.

İspan oyunçu ilə “Mançester Siti” və Dortmund “Borussiya”sının da maraqlandığı bildirilir.


Son xəbərlər