Taekvondoçumuz Afinada “qızıl” qazandı

Taekvondoçumuz Afinada “qızıl” qazandı
GÜNDƏM 29 Aprel 2017 / 13:18 2412
-  A +

Azərbaycan taekvondoçusu Milad Beigi Hərçəqani Yunanıstanın paytaxtı Afinada "DTF Prezident Kuboku” yarışında qızıl medal qazanıb.
 
Qol.az-ın Azərbaycan Taekvondo Federasiyasının saytına istinadən yaydığı məlumata görə, I Avropa Oyunlarının qalibi və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı M.B.Hərçəqani ardıcıllıqla Demir Burak (Türkiyə) Uladzislau Saulukov (Belarus) və Apostolos Telikostoslovu (Yunanıstan) məğlub edərək finala vəsiqəni təmin edib.

80 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı həlledici döyüşdə Türkiyə təmsilçisi Yunis Sarıdan güclü olub.
 
Qadın taekvondoçulardan Fəridə Əzizova (67 kq) isə Mollie Şofield (Almaniya), Yuliya Miyuts (Rusiya) və Dunya Lemayiçə (SLO) qalib gələrək yarımfinal mərhələsinə adlayıb. Lakin burada İsveçli Elin Yohannson keçilməz olub. Əzizova rəqibinə 3:7 hesabı ilə uduzaraq yarışı bürünc medalla başa vurub.

Gənclər arasında mübarizədə Cavad Ağayev fəqrlənib. 63 kq çəki dərəcəsində dayanq üzərinə çıxan yığma üzvü Peter Qarden (Danimarka), Yeqor Liak (Rusiya) və Denis Lantratovaya (Rusiya) qalib gəlsə də, yarımfinalda məğlubiyyətlə üzləşib. Slovakiyalı Filip Svekə uduzan C.Ağayev bürünc medalla kifayətlənib.
 
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan taekvondoçusu Yaprak Eriş (57 kq) bürünc medala layiq görülüb. Turnirə aprelin 30-da yekun vurulacaq.

Daha çox


Son xəbərlər