Rauf, yoxsa Ozobiç? - bombardirlik yarışı

Rauf, yoxsa Ozobiç? - bombardirlik yarışı
PREMYER LİQA 29 Aprel 2017 / 12:24 5239
-  A +

Topaz Premyer Liqanın bu gün keçiriləcək sonuncu turunun oyununda təkcə dördüncü yeri tutub Avroliqaya vəsiqə qazanacaq sonuncu komanda (“Zirə” və ya “Kəpəz”) müəyyənləşməyəcək, həm də çempionatın ən yaxşı bombardirinin kimliyi qətiləşəcək.

Qol.az-ın xəbərinə görə, bombardirık yarışı uğrunda əsas mübarizə bu mövsüm hərəyə 11 qol vuran “İnter”in hücumçusu Rauf Əliyevlə “Qəbələ”li Filip Ozobiç arasında gedəcək.

Qeyd edək ki, son turda “İnter” səfərdə “Kəpəz”, “Qəbələ” isə “Sumqayıt”la qarşılaşacaq.

Əliyev və Ozobiçin ən yaxın izləyicisi isə “Qarabağ”ın hücumçusu Dino Ndlovudur. Amma onun Raufla Ozobiçə çatmaq ehtimalı çox azdı. Bombardirlik yarışında üçüncü yerdə qərarlaşan afrikalı hücumçu bu mövsüm rəqib qapılarından 9 top keçirib. Çempionatın bombardiri olmaq üçün Dino bu tur "Neftçi" ilə matçda het-trik etməli, Rauf və Ozobiç isə qol vurmamalıdır.

Daha çox


Son xəbərlər