“Kəpəz”in futbolçuları son oyundan danışdı

“Kəpəz”in futbolçuları son oyundan danışdı
ÖLKƏ FUTBOLU 29 Aprel 2017 / 12:02 2215
-  A +

“Təbii ki, son matçda da məqsəd qalib gəlmək, azarkeşləri sevindirməkdir. Mən üzərimə düşəni etməklə qol vurmağa çalışacağam”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Kəpəz”in futbolçusu Julien Ebah bu gün Gəncədə “İnter”ə qarşı keçiriləcək oyun öncəsi klubun saytına deyib.

“Son oyunlar yaxşı çıxış edirik, qələbələri sıralayırıq. Çempionatı yüksək əhval-ruhiyyədə başa vurmaq üçün bu gün qələbə qazanmalıyıq” – deyə o bildirib.
 
Komandanın qapıçısı Davud Kərimi isə deyib: “Çempionatın son dövrəsini yaxşı keçirmişik. Cəmi bir oyunda uduzub qalan matçlarda qələbə qazanmışıq. Əhvalımız yaxşıdır. Çempionatda dördüncü yeri tutmaq imkanımız var, bunun üçün “İnter” ilə oyunda qələbə qazanmalıyıq. Azarkeşləri oyuna baxmağa, dəstək olmağa dəvət edirik”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın