“Qriqorçuk millidə bir milyondan aşağı qiymətə çalışmazdı” - prezident

“Qriqorçuk millidə bir milyondan aşağı qiymətə çalışmazdı” - prezident
ÖLKƏ FUTBOLU 29 Aprel 2017 / 11:28 2993
-  A +

Latviya Futbol Federasiyası (LFF) “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukla danışıqlar apardığını növbəti dəfə təsdiqləyib.

Qol.az-ın xəbərinə görə, Aleksandr Starkovun milliyə baş məşqçi vəzifəsinə təyinatı münasibəti ilə keçirilən mətbuat konfransında LFF-nin prezidenti Quntis İndriksons bildirib ki, adəçəkilən məşqçi ilə yanaşı, əcnəbi mütəxəssislərlə də danışıqlar aparılıb.

Qurumun baş katibi Yanis Mejetskis isə bir daha deyib ki, Qriqorçuk onlara millidə deyil, klub komandasında işləmək istəyir.

LFF-nin prezidenti Quntis İndriksons isə əlavə edib ki, Qriqorçuk millidə ilinə bir milyondan aşağı qiymətə çalışmazdı: “Bu isə federasiyanın hazırkı məşqçilərə verdiyi puldan on dəfə yüksəkdir. Aleksandr Starkov isə Qriqorçukdan heç nəyə görə zəif deyil. Biz ilə bir milyon xərcləyə bilərdik, amma bu məntiqli olmazdı”.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı